II. Vəzifə öhdəlikləri
6.
Provizor mövcud qaydalara uyğun olaraq reseptlərin və tibb
təşkilatlarının tələbnamələrinin qəbulunu, dərman vasitələrinin və tibbi təyinatlı
məmulatların buraxılışını, fiziki-kimyəvi xüsusiyyətlərinə və mövcud saxlanılma
qaydalarına uyğun olaraq dərman vasitələrinin və tibbi təyinatlı məmulatların
saxlanılmasını həyata keçirir.
7.
Dərman vasitələrini hazırlayır. Aptek daxili nəzarətin və əczaçılıq
analizinin bütün növləri tətbiq olunmaqla, əczaçılıq təşkilatında daxil olmuş və
hazırlanmış dərman vasitələrinin keyfiyyətinə nəzarət edir.
8.
Həkimləri və əhalini dərman vasitələri və tibbi təyinatlı məmulatların
olması və tətbiqi barədə məlumatlandırır, onların işlədilməsi məsələləri üzrə əhali
arasında sanitar-maarifləndirmə işini aparır.
9.
Dərman vasitələri və tibbi təyinatlı məmulatların əldə olunmasına,
qəbuluna, bölüşdürülməsinə sifarişlərin sənədləşdirilməsində iştirak edir.
10.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir;
11. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir;
Dostları ilə paylaş: |