Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə233/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   229   230   231   232   233   234   235   236   ...   541
II. Vəzifə öhdəlikləri

7. 


Əczaçı- bakalavr istehsal (əczaçılıq zavod və fabrikləri, kimya-əczaçılıq 

istehsalat   birlikləri),   təşkilatçı-idarəetmə   (topdansatış   və   pərakəndə   aptek 

müəssisələri),   nəzarət-həlledici   (lisenziyalaşma,   sertifikatlaşma,   qeydiyyat),   ümumi 

əczaçılıq təcrübəsi (xırda pərakəndə aptek şəbəkəsi, kənd aptekləri) və elmi-tədqiqat 

(əczaçılıq üzrə elmi-tədqiqat mərkəzləri) sahələrində çalışır.

8.  


Dərman vasitələrinin tətbiqi, sınağı və qeydiyyatı, mövcud olan dərman 

preparatlarının müasir texnologiyalar, bioəczaçılıq tədqiqatları və beynəlxalq tələblər 

sistemi və standartlar əsasında optimizasiyasında iştirak edir.

9. 


Əczaçılıq   müəssisələrində   texnoloji   prosesin   təşkilində,   avadanlığın 

seçimində, saxlanma şəraiti təmin edilməklə, dərman vasitələrinin istehsalında iştirak 

edir.

10. 


Dərman   bitki   xammalının   tədarükünün   təşkili   və   aparılması,   qəbulu, 

yabanı dərman bitkilərinin resurslarının təyinində iştirak edir.

11.     Dərman   vasitələrinin   və   dərman   bitki   xammalının   işlənilməsi,   tədqiqi, 

tətbiqi və saxlanılması mərhələlərində keyfiyyətə nəzarəti həyata keçirir.

12. 

Dərman preparatlarının hazırlanma texnologiyasını, keyfiyyətinə nəzarəti, 



saxlanma   şəraitini   tənzimləyən   normativ   sənədlərin   işlənib   hazırlanmasında   iştirak 

edir.


13. 

Müalicə-profilaktika   və   əczaçılıq   müəssisələrinin   mütəxəssislərinə 

dərman vasitələrinin qəbulu ilə bağlı məsləhətlər verir.

14.   Kimyəvi-toksikoloji tədqiqatları aparır. 

15. 

Zəruri   hallarda   xəstələrə   dərman   xidmətini   və   həkiməqədər   ilkin   tibbi 



yardım göstərilməsini həyata keçirir.

16. 


Əhali  arasında   dərman   vasitələri  və  tibbi  təyinatlı  məmulatlar,   onların 

işlədilməsi   və   ev   şəraitində   saxlanılması   haqqında     sanitar-maarifləndirmə     və 

məlumatlandırma işini aparır.

          17. 

Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   sahə   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir;

          18.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir;


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin