Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Əczaçılıq müəssisələrində direktor müavini (müdir müavini) nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə224/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   220   221   222   223   224   225   226   227   ...   541
Əczaçılıq müəssisələrində direktor müavini (müdir müavini) nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

225



1. 

Bu   vəzifə   təlimatı   direktor   müavininin   (müdir   müavini)   vəzifə 

öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.

2. 


Direktor müavini (müdir müavini) vəzifəsinə “əczaçılıq” ixtisası üzrə ali 

təhsili olan, rəhbər vəzifədə ən azı 3 il iş stajı olan şəxs təyin edilir.

3. 

Əczaçılıq təşkilatının direktor müavini (müdir müavini) yerində olmadığı 



vaxtda onun hüquq və öhdəlikləri əmrlə başqa vəzifəli şəxsə keçir.

4. 


Əczaçılıq təşkilatının direktor müavini (müdir müavini) həmin təşkilatın 

direktoru   (müdir)   yerində  olmadıqda   (məzuniyyət,   xəstəlik,   ezamiyyət   və  s.)   onun 

üçün nəzərdə tutulmuş öhdəlikləri icra edir və hüquqlardan istifadə edir.

5. 


Direktor müavini (müdir müavini) Azərbaycan Respublikasının qüvvədə 

olan qanunvericiliyinə əsasən, həmin təşkilatın direktorunun rəyi nəzərə alınmaqla, 

tabelikdən asılı olaraq yuxarı səhiyyə idarəetmə orqanının rəhbərinin və ya təşkilatın 

mülkiyyətçisinin əmri ilə vəzifəyə təyin  və vəzifədən azad edilir.

6. 

Direktor müavini (müdir müavini) bilavasitə həmin təşkilatın direktoruna 



və yuxarı səhiyyə idarəetmə orqanının rəhbərinə və ya təşkilatın mülkiyyətçisinə tabe 

olur.


7. 

Direktor müavini (müdir müavini) aşağıdakıları bilməlidir:

7.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını;   Azərbaycan 

Respublikasının səhiyyə, o cümlədən əczaçılıq sahəsində tətbiq olunan qanun və digər 

normativ hüquqi aktlarını;

7.2.  əczaçılıq təşkilatlarının təsərrüfat və maliyyə fəaliyyətinin təşkilini;

7.3.  əhalinin   dərman   preparatları   ilə   təminatı   vəziyyətini   xarakterizə   edən 

meyar və göstəriciləri;

7.4.  əczaçılıq işinin nəzəri və təşkilati əsaslarını;

7.5.  tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını;

7.6.  əməyin iqtisadiyyatı, təşkili və idarə edilməsinin əsaslarını;

7.7.  kargüzarlığı,   sənədlərin   növ   və   formalarını,   yerinə   yetirilmiş   işlərin 

nəticələrinin rəsmi sənədləşdirilməsi qaydalarını;

7.8.   əczaçılıq informasiyalarının metod və vasitələrini;

7.9.  əmək   qanunvericiliyinin   əsaslarını,   əməyin   mühafizəsi   və   yanğın 

təhlükəsizliyi üzrə qaydaları bilməlidir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin