III.
Hüquqlar
20.
Direktorun (müdirin) aşağıdakı hüquqları vardır:
20.1. təşkilatın bütün işçiləri üçün icrası məcburi olan əmr və sərəncamlar
vermək;
20.2. kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirmək, onları müəyyən
olunmuş qaydada təyin və azad etmək;
20.3. təşkilatın işçilərini həvəsləndirmək və tənbeh etmək;
201.4.qüvvədə olan qanunvericiliyə uyğun olaraq əczaçılıq təşkilatının maliyyə
və maddi təminatı məsələlərini həll etmək;
20.5. əczaçılıq təşkilatını dövlət təşkilatlarında, məhkəmə instansiyalarında,
ictimai və digər təşkilatlarda təmsil etmək;
20.6. dövlət hakimiyyəti və bələdiyyə orqanlarında baxılmaq və müzakirə
olunmaq üçün əhalinin dərman təminatının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
20.7. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
20.8. əczaçılıq təşkilatının fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğu
konfranslarda və müşavirələrdə iştirak etmək;
20.9. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
21.
Direktor (müdir) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |