Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Həkim-virusoloqun  nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə216/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   212   213   214   215   216   217   218   219   ...   541
Həkim-virusoloqun  nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1.   Bu   vəzifə   təlimatı   həkim-virusoloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 


Həkim-virusoloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 

Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarda),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən   edilmiş   qaydada   “mikrobiologiya”   ixtisası   üzrə   peşə   hazırlığı     keçmiş, 

ixtisası üzrə ən azı 2 il əmək stajına malik  şəxs təyin edilir. 

3.   Həkim-virusoloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir.

4. Həkim-virusoloq bilavasitə şöbə müdirinin tabeliyində fəaliyyət göstərməklə 

tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. Həkim-virusoloq aşağıdakıları bilməlidir:

5.1.   Azərbaycan   Respublikasının   Konstitusiyasını;   Əmək   Məcəlləsinin, 

Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını, səhiyyə 

müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji   xidmətinin   fəaliyyətini 

tənzimləyən normativ hüquqi aktları;

5.2.  sosial gigiyenanın əsaslarını, sanitariya-epidemioloji xidmətin təşkilini;

5.3.   səhiyyə   müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini, tənzimləyən normativ hüquqi aktları;

5.4sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını;

5.5.təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;

5.6. virusoloji diaqnostikanın müasir üsullarını, laboratoriyanın təşkili, strukturu 

və ştatlarını, laboratoriyanın təchizatını, virusologiya üzrə normativ-hüquqi və təlimat-

metodiki sənədləri;

5.7.virusoloji   laboratoriyanın   fəaliyyətinin   planlaşdırılmasını   və   hesabatının 

tərtibatını, laboratoriyanın fəaliyyətinə nəzarət qaydalarını və üsullarını;

5.8;   viruslarla   işləmə   zamanı   təhlükəsizlik   texnikası   qaydalarını,   virusların 

təhlükəlilik qrupları  üzrə bölünməsini  və həmin qrup viruslarla iş rejimini;

5.9.   viruslarla     iş   zamanı   baş   verən   qəza   hallarının   aradan   qaldırılması 

qaydalarını;

5.10. standartlaşdırma və metrologiyanın əsaslarını

5.11. tibbi sənədlərin tərtibatını

5.12.   virusların   təbiətini   və   mənşəyini,   onların   strukturu   və   əsas 

xüsusiyyətlərini;

219



5.13. virus infeksiyalarının epidemiologiyasının və profilaktikasının əsaslarını, 

müalicə üsullarının, kliniki əlamətlərinin və immunoprofilaktikasının əsaslarını;

5.14.kompyuterlə   və   digər   müasir   informasiya   texnologiyaları   vasitələri   ilə 

işləməyi;  

5.16. dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını;

5.17. tibbi etika və deontologiyanın əsaslarını;

5.18.     tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;

5.19.  insan  bədəninin  üzv və  sistemlərinin   funksional  vəziyyətinin klinik  və 

laborator diaqnostikasının  ümumi prinsip və əsas metodlarını;

5.20.   əsas   xəstəliklərin   kompleks   müalicəsinin   gedişinin   xüsusiyyətlərini, 

prinsiplərini;

5.21. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;

5.22. əmək  qabiliyyətinin müvəqqəti  itirilməsinin  ekspertizasının,  tibbi-sosial 

ekspertizanın əsaslarını;

5.23.  sanitariya-maarifləndirmənin əsaslarını;

5.24.     daxili   əmək   intizamı   qaydalarını,   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası,   istehsalat   sanitariyası   və   yanğına   qarşı   mühafizə   qayda   və   normalarını 

bilməlidir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin