IV.
Məsuliyyət
15.
Baş feldşer aşağıdakılara məsuliyyət daşıyır:
15.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə;
15.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
15.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
15.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
15.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
15.6. ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
15.7. tibb təşkilatının fəaliyyətinə, işçilərinə, pasiyentlərə və müştərilərə
təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının
pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da
daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə;
16.
Baş feldşer əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
312
|