II.
Vəzifə öhdəlikləri
6.
Baş mama orta və kiçik tibb heyətinin səmərəli işini təşkil edir.
7.
Sarğı materiallarının, dərmanların, o cümlədən zəhərli maddələrin və
narkotik dərman vasitələrinin paylanması və saxlanılmasını həyata keçirir, onların
istifadəsinin uçotunu aparır.
8.
Pasiyentlərin qəbulu və evə yazılması üzrə orta və kiçik tibb heyətinin
işinə, müəssisənin şöbələri daxilində, o cümlədən təcili tibb yardım çağırışı zamanı
pasiyentlərin daşınmasının təşkilinə, orta tibb heyəti tərəfindən xəstələr, hamilələr,
zahılar və yeni doğulmuş uşaqlara ixtisaslı qulluq üzrə həkim təyinatının yerinə
yetirilməsinə, sanitar-gigiyenik, sanitariya-epidemioloji rejiminə nəzarət edir.
9.
Zəruri uçot-hesabat sənədləşdirməsini aparır.
10.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir.
11. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: |