Baş diş texnikin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı baş diş texnikin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Baş diş texniki vəzifəsinə “diş texniki” ixtisası üzrə orta tibb təhsili və
peşə fəaliyyəti üzrə vəzifələrdə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
3.
Baş diş texniki Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb təşkilatının rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Baş diş texniki bilavasitə öz struktur bölməsinin rəhbərinə olmaqla,
müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Baş diş texniki aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. iş cədvəllərinin tərtib edilməsi və orta və kiçik tibb heyətinin
yerləşdirilməsi qaydasını;
5.4. gigiyenanın və səhiyyənin təşkilinin nəzəri əsaslarını;
5.5. sosial və tibbi reabilitasiyanın təşkilini;
5.6. sanitariya-epidemioloji xidmətin nəzəri və təşkilati əsaslarını;
5.7. əhalinin sanitar maarifləndirilməsi, gigiyenik tərbiyəsi və sağlam həyat
tərzinin təbliğinin təşkilini;
5.8. peşəkar ünsiyyət psixologiyasını;
5.9. tibbi alət və avadanlıqların istismarı qaydalarını;
5.10. tibb təşkilatının tullantılarının toplanılması, saxlanılması və məhv
edilməsi qaydalarını;
5.11. tibbi sənədlərin əsas növlərini;
5.12. iqtisadiyyatın, əməyin təşkilinin və idarəetmənin əsaslarını;
318
5.13. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: |