III.
Hüquqlar
12.
Baş mamanın aşağıdakı hüquqları vardır:
12.1. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, onların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
12.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
12.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və
müşavirələrdə iştirak etmək;
12.4. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
13.
Baş mama Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |