III.
Hüquqlar
12.
Baş diş texnikinın aşağıdakı hüquqları vardır:
12.1. özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə
rəhbərliyə təkliflər vermək;
12.2. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, onların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
12.3. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
12.4. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
12.5. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
13.
Baş diş texniki Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |