Diş texnikin nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı diş texnikinin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Diş texniki vəzifəsinə, iş stajına tələb qoyulmadan, “diş texniki” ixtisası
üzrə orta tibb təhsili olan şəxs təyin edilir.
3.
Diş texniki Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Diş texniki bilavasitə öz struktur bölməsinin rəhbərinə olmaqla, müəssisə
rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Diş texniki aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. tibbi stomatoloji yardımın əsaslarını;
5.4. diş texniki laboratoriyasının fəaliyyətinin təşkilini;
5.5. diş protezi texnikasında istifadə edilən əsas materialların
xarakteristikasını;
5.6. diş üz-çənə protezlərinin hazırlanmasının və ortopedik aparatların
texnologiyasını;
5.7. diş protezi texnikasında farfor və metal-keramikanın istifadə qaydalarını;
5.8. tibbi sığortanın və könüllü tibbi sığortanın işləməsinin əsaslarını;
5.9. epidemiologiyanın əsaslarını; fəlakətlərdə tibbi xidmətin əsaslarını;
5.10. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: |