Feldşer - laborantın nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı feldşer-laborantın vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Feldşer-laborant vəzifəsinə, iş stajına tələb qoyulmadan, “feldşer” və ya
“sanitar-feldşer” ixtisası üzrə orta tibb təhsili olan şəxs təyin edilir.
3.
Feldşer-laborant Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Feldşer-laborant bilavasitə öz struktur bölməsinin rəhbərinə olmaqla,
müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Feldşer-laborant aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. bioloji materialların götürülməsi metodlarını, morfologiyanı;
5.4. qanın, əsas hüceyrə elementlərinin parazitlərini;
5.5. öz sahəsi üzrə infeksion xəstəlikləri;
5.6. tədqiqatlar aparılması üçün reaktiv və məhlulların hazırlanması
metodlarını;
5.7. istifadə edilmiş materialların dezinfeksiyası qaydalarını;
5.8. xəstəlikdaxili infeksiyaların profilaktikasında sterilizasiyanın
əhəmiyyətini, tibb təşkilatlarında onun təşkilini;
5.9. sağlam həyat tərzinin əsaslarını;
5.10. ümumi gigiyena və istehsalat sanitariyasının əsaslarını;
mikrobiologiyanın əsaslarını;
5.11. klinik faktorların tədqiqatların nəticələrinə təsirini;
5.12. klinik-diaqnostik laboratoriyalarda kargüzarlığın təşkilinə olan tələblərin
əsaslarını;
5.13. klinik-diaqnostik laboratoriyalarda işin təşkilini, tibbi etikanı, peşəkar
ünsiyyət psixologiyasını;
5.14. fəlakətlərdə tibbi xidmətin əsaslarını;
5.15. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: |