III.
Hüquqlar
20.
Feldşerin aşağıdakı hüquqları vardır:
20.1. özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə
rəhbərliyə təkliflər vermək;
20.2. səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirilmə və
tənbeh edilmə üzrə rəhbərliyə təkliflər vermək;
20.3. vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və
normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
20.4. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
20.5. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
21.
Feldşer Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |