III.
Hüquqlar
38.
Mama aşağıdakı hüquqları vardır:
38.1. ilkin ginekoloji diaqnoz qoymaq və hamiləliyin müddətini müəyyən
etmək;
38.2. öz səlahiyyətləri çərçivəsində kiçik tibb heyətinin işinə nəzarət etmək,
göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirilmə və tənbeh
edilmə üzrə rəhbərliyə təkliflər vermək;
38.3. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
38.4. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və
müşavirələrdə iştirak etmək;
38.5. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
39.
Mama Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |