III.
Hüquqlar
17.
Pəhriz üzrə tibb bacısının aşağıdakı hüquqları vardır:
17.1. qida blokunun işinin təkmilləşdirilməsi, o cümlədən özünün əmək
fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
17.2. qida blokunun işçilərinin işinə nəzarət etmək, onlara göstərişlər vermək
və dəqiq icra tələb etmək;
17.3. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
17.4. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
17.5. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
18.
Pəhriz üzrə tibb bacısı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |