III.
Hüquqlar
15.
Müalicə-bədən tərbiyəsi üzrə instruktorun aşağıdakı hüquqları vardır:
15.1. özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə
rəhbərliyə təkliflər vermək;
15.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
15.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
15.4. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
16.
Müalicə-bədən tərbiyəsi üzrə instruktor Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |