diyetoloqu tərəfindən təyin edilmiş profilaktika, müalicə və sanitariya-gigiyenik
edilərkən qida məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirir. Qida blokunun işinə
8.
Diyetoloqun nəzarəti və icraçı müdirin iştirakı ilə yemək kartotekasına
uyğun olaraq (yeməklərin adı, sayı, pəhrizin nömrəsi, bütün yeməklər üçün
məhsulların sayı, məhsulların ümumi sayı) gündəlik menyu-tələbnamələri hazırlayır.
9.
Müxtəlif pəhrizlər üçün yeməklərin hazırlanmasının texniki metodlarının
yerinə yetirilməsinə, qida blokundan və bufetdən bölməyə yeməklərin paylanma
cədvəlinə uyğun olaraq buraxılmasının düzgünlüyünə, yemək paylama bölməsinin,
inventarların, qabların sanitariya vəziyyətinə, eləcə də yemək paylama bölməsinin
işçilərinin şəxsi gigiyena qaydalarını yerinə yetirməsinə nəzarəti həyata keçirir.
10.
Fiziki tələbat normalarını, qida məhsullarının, xəstəliklərin bioloji
xüsusiyyətlərini, saxlanılma və kulinariya emalı zamanı məhsulların qida dəyərini
saxlamasını nəzərə alaraq rasional və müalicəvi qidalanmanın prinsiplərini tətbiq edir.
11.
Orta tibb heyəti və mətbəx işçilərinə müalicə-profilaktika müəssisəsində
müalicəvi qidalanmanın təşkili üzrə tədris məşğələləri keçirir.
12. Qida bloku və bufetin işçilərinin vaxtında profilaktik baxışının
aparılmasına nəzarəti həyata keçirir, ilkin və ya dövri tibbi baxışdan keçməmiş işçiləri
kənarlaşdırır və onlara işləməyi qadağan edir.
13.
Təxirəsalınmaz hallarda həkiməqədər tibbi yardımı göstərir.
14. Binada sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına,
alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin,
İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir.
15.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir.
16.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Dostları ilə paylaş: