məsuliyyətini müəyyən edir.
3.
Rentgen-texnik Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Rentgen-texnik bilavasitə öz struktur bölməsinin rəhbərinə olmaqla,
müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Rentgen-texnik aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. ilkin tibb yardım göstərilməsi metodlarını;
5.4. diaqnostik aparatlarla işi;
5.5. fotokimyəvi məhlulların, kontrast maddələrin hazırlanması, rentgen
plyonkalarının emal edilməsi qaydalarını; tibbi informatikanın əsaslarını;
5.6. fərdi kompüterdə işləmə qaydasını; şüa diaqnostika bölməsində iş
qaydasını;
5.7. qeydiyyat-hesabat sənədlərinin aparılması qaydalarını;
5.8. sanitariya-epidemioloji və sanitariya-gigiyenik rejimin əsaslarını, hərbi-
səhra rentgenologiyasının təşkili və fəaliyyətinin əsaslarını;
5.9. sanitar-maarifləndirmə işinin metod və vasitələrini;
5.10. peşəkar ünsiyyət psixologiyasını;
5.11. fəlakətlərdə tibbi xidmətin əsaslarını;
5.12. əmək qanunvericiliyinin əsaslarını;
5.13. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: