öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
2.
Müalicə-bədən tərbiyəsi üzrə instruktor vəzifəsinə, iş stajına tələb
qoyulmadan, “feldşer” və ya “tibb bacısı” ixtisası üzrə orta tibb təhsili olan şəxs təyin
edilir.
3.
Müalicə-bədən tərbiyəsi üzrə instruktor Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə
təyin və vəzifədən azad edilir.
4.
Müalicə-bədən tərbiyəsi üzrə instruktor bilavasitə öz struktur bölməsinin
rəhbərinə olmaqla, müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Müalicə-bədən tərbiyəsi üzrə instruktor aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. orqanizmin fizioloji və patofizioloji əsaslarını;
5.4. müxtəlif xəstəlikli xəstələr üçün müalicə-bədən tərbiyəsi üzrə
məşğələlərin aparılmasını;
5.5. müalicə-bədən tərbiyəsi üzrə məşğələlərin aparılmasına göstərişləri;
5.6. müalicə masajının aparılmasının əsaslarını;
5.7. şəxsi gigiyena qaydalarını;
5.8. müalicə-bədən tərbiyəsi üzrə məşğələlərin aparılması zamanı sanitariya-
gigiyena normalarını;
5.9. xəstəlik və travmaların əsas prinsiplərini, onların klinik baş verməsini;
5.10. xəstəliklərin diaqnostika metodlarını, onların fəsadlarının növlərini;
5.11. xəstəlik və travmaların müalicə və profilaktikasını;
5.12. reabilitasiyanın növ, forma və metodlarını;
5.13. pasiyentlərin reabilitasiyası üzrə tədbirlərin təşkili və aparılmasını;
5.14. tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını;
5.15. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: