IV.
Məsuliyyət
19.
Sanitar-feldşer aşağıdakılara görə məsuliyyət daşıyır:
19.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
179.2.
öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının,
normativ-hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə
yetirilməsinə;
19.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
19.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
19.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
19.6. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə və müştərilərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
20. Sanitar-feldşer əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |