məsuliyyətini müəyyən edir.
3.
Sanitar-feldşer Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Sanitar-feldşer bilavasitə öz struktur bölməsinin rəhbərinə olmaqla,
müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Sanitar-feldşer aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. tibb müəssisəsininfəaliyyətinin əsas aspektlərini;
5.4. tibbi alət və avadanlıqların istismarı qaydalarını;
5.5. tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını;
5.6. nəzarət obyektlərində gigiyenik norma və qaydaların yerinə yetirilməsinə
sanitariya nəzarətinin həyata keçirilməsi üzrə fəaliyyətin əsaslarını;
5.7. dövlət sanitariya nəzarətinin, dezinfeksiya xidmətinin müəssisələrində,
əhalinin sanitar maarifləndirilməsi və gigiyenik tərbiyəsi müəssisələrində, müalicə
profilaktika müəssisələrində və tibbi profilaktikanın məsləhət-sağlamlıq mərkəzlərində
dezinfeksiya tədbirlərinin həyata keçirilməsinə nəzarətin təşkilini;
5.8. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: