məsuliyyətini müəyyən edir.
3.
İnstruktor-dezinfektor Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
İnstruktor -dezinfektor bilavasitə öz struktur bölməsinin rəhbərinə
olmaqla, müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
İnstruktor-dezinfektor aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən və əhalinin sanitariya-
epidemioloji salamatlığını təmin edən normativ hüquqi aktları;
5.3. dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması
metodikasını;
5.4. istifadəsinə icazə verilmiş dezinfeksiya və sterilizasiya vasitələrinin
xüsusiyyətlərini və işlədilməsi qaydalarını; dezinfeksiya avadanlıqlarının istismarı
qaydalarını;
5.5. zəhərlənmələr zamanı fərdi müdafiə və ilkin yardım göstərilməsi
vasitələrinin tətbiqi qaydalarını;
5.6. peşəkar ünsiyyət psixologiyasını;
5.7. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: