II.
Vəzifə öhdəlikləri
6.
Kargüzar korrespondensiyanı qəbul edir, qeydiyyatdan keçirir və struktur
bölmələri-nə göndərir.
7.
İdarə müəssisə və təşkilatların rəhbərlərinin tapşırıqlarına müvafiq olaraq
sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir.
8.
Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparır, onların
yerinə yetirilməsinə nəzarət edir, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan
arayışlar verir. İcra olunmuş sənədləri ünvanlarına yola salır.
9.
Alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparır, cari
arxivin sənədlərini sistemləşdirir və mühafizə edir.
10. Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını
hazırlayıb idarə, müəssisə və təşkilatların arxivinə təhvil verir.
11. Xidməti sənədlərin mühafizəsini təmin edir.
Dostları ilə paylaş: |