14.
Kargüzar aşağıdakılara məsuliyyət daşıyır:
14.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
14.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
14.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
14.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş xidməti
sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
14.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
14.6. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
15.
Kargüzar əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: