II.
Vəzifə öhdəlikləri
6.
Katibə müəssisənin inzibati-sərəncamçı fəaliyyətinin təşkilati-texniki
təminatı üzrə işi həyata keçirir.
7.
Rəhbərin baxması üçün daxil olan korrespondensiyanı qəbul edir, qəbul
edilmiş qərara uyğun olaraq onu iş prosesində istifadə edilməsi, yaxud cavab
hazırlanması üçün struktur bölmələrinə və ya konkret icraçılara verir.
8.
Kargüzarlığı aparır, qərarların hazırlanması və qəbul edilməsi zamanı
məlumatların toplanılması, işlənilməsi və təqdim olunması üçün kompüter texnikasını
tətbiq etməklə müxtəlif əməliyyatları yerinə yetirir.
9.
Müəssisənin rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul
edir.
10. Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlayır.
11. İcraya daxil olmuş sənədlərin struktur bölmələrinin rəhbərləri və konkret
icraçılar tərəfindən vaxtında baxılması və təqdim olunmasını izləyir, rəhbərin
imzalaması üçün təqdim olunan sənədlərin hazırlanmış layihələrinin
rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır, onların keyfiyyətli redaktə olunmasını
təmin edir.
12. Rəhbərin telefon danışıqları aparmasını təmin edir, onun yerində
olmadığı halda alınmış məlumatları qeyd edir və ona çatdırır, məlumatları qəbul-
danışıq qurğuları, eləcə də telefonoqramlarla verir və qəbul edir.
13. Rəhbərin tapşırığı ilə məktubları, sorğuları və digər sənədləri tərtib edir,
məktub müəlliflərinə cavabları hazırlayır.
14. Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə
işi (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirimə vaxtı və yeri,
gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirir, iclasların və
müşavirələrin protokollarını rəsmiləşdirir.
418
15. Verilmiş əmr və sərəncamların müəssisənin işçiləri tərəfindən icrasına,
eləcə də müəssisənin rəhbərinin nəzarət götürülmüş göstəriş və tapşırıqlarının yerinə
yetirilməsi vaxtına riayət olunmasına nəzarəti həyata keçirir.
16. Rəhbərin iş yerini zəruri təşkilati texnika ilə, dəftərxana ləvazimatları ilə
təmin edir, onun effektiv işinə imkan verən şəraiti yaradır.
17. Rəhbərin göstərişləri üzrə onun işi üçün lazım olan xidməti materialları
çap edir, cari informasiyaları məlumatlar bankına daxil edir.
18. Qonaqların qəbulunu təşkil edir, işçilərin xahiş və təkliflərinə
baxılmasının operativliyinə kömək edir.
19. Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların
saxlanılmasını və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təmin edir.
20. Surətçıxarma aparatı vasitəsi ilə sənədlərin surətlərini çıxarır.
Dostları ilə paylaş: |