6.
Qeydiyyatçı tibbi xidmətlər göstərilməsi üçün tibb təşkilatına müraciət
etmiş xəstələrin qeydiyyatını aparır.
7.
Tibbi kartların saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin
edir.
8.
Əmək qabiliyyətsizliyi vərəqələrinin rəsmiləşdirilməsində və qeydiyyata
alınmasında iştirak edir.
III.
Hüquqlar
9.
Qeydiyyatçının aşağıdakı hüquqları vardır:
9.1. öz əmək fəaliyyətinin təşkilinin və şərtlərinin təkmilləşdirilməsi üzrə
rəhbərliyə təkliflər vermək;
9.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
9.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
9.4. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
10.
Qeydiyyatçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: