14.
Qiymətli material və xammalların qəbulçusu aşağıdakılara məsuliyyət
daşıyır:
14.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
14.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
14.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
14.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş xidməti
sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
14.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
14.6. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
15.
Qiymətli material və xammalların qəbulçusu əmək intizamının,
qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan
qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi,
inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: