Sürücünün nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı sürücünün vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Sürücü vəzifəsinə orta ümumi təhsili və müvafiq kateqoriya üzrə
avtomobil idarə etmək hüququ üçün vəsiqəsi olan şəxs təyin edilir.
3.
Sürücü Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Sürücü bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla, müəssisənin
rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Sürücü aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. xidmət edilən avtomobillərin təyinatını, quruluşunu, iş prinsipini və
aqreqat, mexanizm və cihazlarının işini;
5.3. yol hərəkəti və avtomobillərin texniki istismarı qaydalarını;
5.4. avtomobilin istismarı prosesində baş vermiş nasazlıqların aşkarlanması və
aradan qaldırılması üsullarını;
5.5. texniki xidmət göstərilməsini, avtomobillərin qarajlarda və açıq
dayanacaqlarda saxlanılması qaydalarını;
438
5.6. akkumulyator batareyalarının və avtomobil şinlərinin istismarı
qaydalarını;
5.7. yeni və təmirdən sonra avtomobillərin sürülüb yoxlanılması qaydalarını;
5.8. tez xarab olan və təhlükəli yüklərin daşınması qaydalarını;
5.9. avtomobilin sürülməsinin təhlükəsizliyinə təsir edən hava şəraitlərini;
5.10. yol-nəqliyyat hadisələrinin qarşısının alınması üsullarını;
5.11. yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin təcili evakuasiya
qaydalarını; xidmət edilən avtomobilin işinin uçotu üzrə ilkin sənədlərin doldurulması
qaydasını bilməlidir.
Dostları ilə paylaş: |