III.
Hüquqlar
11.
Paltar yuyanın aşağıdakı hüquqları vardır:
11.1. öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
11.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya
materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək;
11.3. öz ixtisasını artırmaq hüquqlarına malikdir.
12.
Paltar yuyan Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyət
13.
Paltar yuyanın aşağıdakılara görə məsuliyyət daşıyır:
13.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
13.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
13.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
13.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
13.5. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
14.
Paltar yuyan əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
437
|