II.
Vəzifə öhdəlikləri
6.
Sürücü avtomobili idarə edir.
7.
Özüboşaldanın qaldırıcı mexanizmini, avtokranın kran qurğusunu,
avtoçənin nasos qurğusunu, refrijeratorun soyuducu qurğusunu, süpürücü-yığıcı
mexanizmləri və xüsusi avtomobillərin digər avadanlıqlarını idarə edir.
8.
Avtomobilləri yanacaqla, yağlama materialları və soyuducu mayelərlə
doldurur.
9.
Xəttə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini yoxlayır və onu
qəbul edir, qayıtdıqdan sonra təhvil verir və ayrılmış yerdə saxlayır.
10.
Avtomobili yüklənməsi və yükün boşaldılması üçün hazırlayır,
yüklənməyə, banda yükün yerləşdirilməsi və bərkidilməsinə nəzarət edir.
11. İş zamanı xətdə baş vermiş və mexanizmlərin sökülməsini tələb etməyən
kiçik nasazlıqları aradan qaldırır.
12.
Yol sənədlərini rəsmiləşdirir.
Dostları ilə paylaş: |