Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə86/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   82   83   84   85   86   87   88   89   ...   541
III.

Hüquqlar

22. 


Həkim-kardioloqun aşağıdakı hüquqları vardır:

22.1.  klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların   məlumatlarına   əsasən   ixtisası   üzrə   müstəqil   surətdə   diaqnoz 

müəyyənləşdirmək;  

22.2.     Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək; 

22.3.  pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 

diaqnostika metodlarını təyin etmək; 

22.4.  diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

22.5.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

85



22.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,     özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək

22.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,  sərəncamlar  vermək  və rəhbərliyə həvəsləndirilmək  və tənbeh etmək    üzrə 

təkliflər vermək;

22.8.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək

22.9.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

23. 

Həkim-kardioloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 



olaraq bütün əmək hüquqlarından istifadə edir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin