müəyyən edilmiş qaydada müvafiq ixtisas üzrə peşə hazırlığı keçmiş şəxs təyin
(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada“mamalıq və ginekologiya” ixtisası üzrə peşə hazırlığı
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur
4.
Həkim mama-ginekoloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda
isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Həkim mama-ginekoloq aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını, səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.3. mama-ginekologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz
edilməsi ilə bağlı məsələləri;
5.4. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.5. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.6. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.7. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.8. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.9. həkimlərin etik davranış qaydalarını, tibbi etika və deontologiyanın
əsaslarını;
5.10. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.11. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.12. sanitar-maarifləndirmənin əsaslarını;
5.13. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
Dostları ilə paylaş: