Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə13/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   9   10   11   12   13   14   15   16   ...   298
 
 
14 
bəzən  individual,  bəzən  kortəbii  fəaliyyətə  can  atan,  bəzən  də  özfəaliyyət  təsiri  bağışlayan 
Ədalət  (“Xəyanət”)  yeni  qəhrəman  tipidir.  Yusif  torpaq,  vətən  naminə  hər  şeydən  keçməyə 
hazır  olan  qeyrətli  vətən  oğludur.  Maral,  Nərmin,  Asiman,  Nərgiz    namus-qeyrət  zirvəsinə 
ucalmış Azərbaycan qadınının timsalıdır. Bu obrazlar qalereyasında konkret bədii dramaturji 
çəki yoxdur. Hətta kiçik epizodik obrazların təqdimatında belə bəzən ümumiləşdirilmiş kon-
septual  məsələlər  vardır.  Qarşıya  qoyulan  problemin  çəkisi  və  onun  böyük  missiyası  çox 
zaman  Ağarəhim  Rəhimovun  qəhrəmanlarını  sentimentallıqdan  uzaqlaşdırır,  onlar  hissə 
qapılmır,  ictimai  təbəddülatlar  axarına  düşüb  mövcud  konfliktləri    realistik  düşüncə  ilə 
çözməyə  çalışırlar  –  Dilbər,  Ədalət,  Yusif...  Hətta  bəzən  mövcud  stereotipləri  pozaraq 
rasional  doqma  və  ənənələrdən  uzaqlaşıb  mənəvi  dəyrlər  nizamına  fərqli  yanaşma,  fərqli 
münasibət sərgiləyirlər - Maral, Tükəz...  
Eyni həvəs və entuziazmla tamaşaçı (oxucu) auditoriyasına meydan oxuyan bu obraz-
ların nitq və çıxışlarında cəsarət və vətəndaşlıq kredosuna sədaqət, millilik, xalq, vətən yolun-
da fədakarlıq ruhunu duymamaq mümkün deyil! 
Həyat həqiqətlərinə sədaqət, realist düşüncə və təbiiliyə maksimum yaxınlaşma Ağarə-
him  Rəhimov  dramaturgiyasının  başlıca  meyarıdır  və  oxucu-tamaşaçı  tərəfindən  məmuniy-
yətlə qəbul edilməsinin sirri də bunadadır. “Yalnız bu halda müəllif və oxucu (tamaşaçı) özü-
nü  identifikasiya  edə  bilir,  bütünlüklə  o  aləmə  düşür,  hadisənin  real  həyatda  mümkün  ol-
masına  inanır  və  bu  an  səhnə  ilə  tamaşaçı  arasında  fərq  yox  olur”  (Lessinq).  Aristotelin 
“Poetika”sında isə  gerçəkliyin əks  etdirilməsinə  sədaqət  dramın verdiyi estetik zövqün şərt-
lərindən biri kimi təqdim olunur. 
İrəli  sürülən  problemlərin  epoxal  əhəmiyyətli  olmasına  baxmayaraq,  pyeslər  həcmcə 
iri  deyil,  teatr  və  onun  tələblərinə  cavab  verir.  Məşhur  romalı  filosof  Senekanın  təbirincə 
desək,  dram  əsərləri  həyat  kimidir,  onun  nə  qədər  davam  etməsi  deyil,  həyatı  nə  qədər 
məharətlə və mənalı canlandırması vacibdir. 
A.Rəhimovun  dramaturgiya  estetikasını  ədəbi  tənqid  belə  səciyyələndirir:  “Huma-
nizm, cəmiyyətdə baş verən kataklizmlərə qarşı vətəndaşlıq mövqeyi, hadisələrə sərbəst, cəsa-
rətli müdaxilə qabiliyyəti, yüksək bədii-estetik ümumiləşdirmə, sadəlik və təbiilik!. Azərbay-
can  dilinin  bütün  leksik-estetik  qüdrətindən  maksimum  istifadə  etməklə,  fikrin  daha  dəqiq, 
daha  emosional,  daha  məntiqi  ifadəsinə  heç  vaxt  zəifləməyən  meyil!  (A.Bədəlov  “Qələmin 
ucu, qılıncın gücü”, Bakı 2008, səh.248). 
Torpaqlarımızın azadlığı uğrunda mübarizəni, milli azadlıq ruhunu, vətəndaşlıq möv-
qeyini  yaradıcılığının  baş  mövzusu  elan  edən  Ağarəhim  Rəhimovun  dramaturgiyasını  daha 
konkret  “vətən  sevgisi  dramaturgiyası”  da  adlandırmaq  mümkündür.  Başdan  başqa,  vətənə, 
xalqa xidmət ruhunda yaradılımış bu dramaturgiyanın kiçik epizodundan tutmuş, böyük pər-
dəsinə qədər hər bir sözü, hər bir cümləsi bu amalın xidmətindədir! Bu yaradıcılıq haqda ye-
kun  söz  söyləmək  hələ  tezdir,  lakin  ədəbiyyatın  sosial  sifarişlərini  layiqincə  yerinə  yetirən, 
kasadlaşmış kino və teatr sənətinə günün ovqatını, aktuallıq və ədəbi yeniliklərini gətirən bu 
ictimai-siyasi  məzmunlu  dramaturgiya  ədəbiyyatın  xalq  qarşısında  missiyasını  dürüst  dərk 
etməyənlərə, yaxud dərk etmək istəməyənlərə ən layiqli cavabdır. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin