10 törətmiş və törədə biləcək təhlükələrini göstərir, lakin bununla da kifayətlənmir, daha dərinə
gedərək yaranmış xaosun tarixi məntiqi köklərini axtarır. “Xəyanət” pyesinin baş obrazı süjet
boyu müxtəlif şəkillərdə təzahür edən xəyanətdir. Dramaturq bu əsəri ilə ilk dəfə olaraq yaxın
keçmişimizin ən böyük faciələrini doğuran xəyanətin anatomiyasını bədii, dramaturji, psixo-
loji aspektdə təsvir edir və səhnə həyatı verir” (B.Əhmədli. “Dramaturq: sənət və həqiqət”.
Bakı, 2011, səh. 47). Burada cəmiyyətin üzdə olan bəzi şəxslərinin prototiplərini də görürük.
Tarixi faktlara və sənədli publisistikaya meyil əsərin ideya dəyərinin düzgün anlaşılmasına
xidmət edir. Lakin A.Rəhimov həm də sənətkar uzaqgörənliyi ilə inanır və inandırır ki,
qismətinə keşməkeşli bir tarix yaşamaq düşmüş xalqını nikbin gələcək gözləyir: “İnanıram ki,
taleyinə cəhənnəm zəbanələri səpilmiş Azərbaycan xalqı ölüm-dirim məngənəsindən məğrur-
casına keçərək zülm və istibdad boyundurgunu birdəfəlik atacaq, öz müstəqillik və suveren-
liyini qazanacaq” (A.Rəhimov. “Əsərləri”. VIII cild, səh. 48, Bakı, 2009).
Yazıçı “Haray” pyesində tarixi xəyanət nəticəsində düşmən tapdağı altında qalmış
torpaqlarımız uğrunda aparılan hərbi-siyasi mübarizədən bəhs edir, tarixdən ibrət götürməyə,
bir daha düşmənin boş xülyasına inanmamağa çağırır. Əsərdə məhz erməni millətinin öz
nümayəndəsi – yazıçı Julyanın dili ilə söylənən tarixi həqiqətlər, onun tez-tez tarixə istinad
edib faktlarla erməni millətçilərini ifşası, necə deyərlər, düşmənin öz dili ilə etirafı erməni
şovinizminin, siyasi riyakarlığının ifşasına heç bir şübhə, əl yeri qoymur. Məkrli niyyətlərini
ört-basdır etmək üçün millətinin ziyalısına belə aman verməyən düşmən savadlı, ahıl tarixçini
öldürməkdən çəkinmir. “Haray” tarixi əsər deyil, müasir mövzuda yazılmış pyesdir, ancaq
əsərdə tarixə müraciətlərin olması və çağdaş hadisələrlə tarixi düşüncənin çarpazlaşması
müəllifə tarixiliklə müasirliyin qovşağında yeni bir səhnə əsərini yaratmağa imkan vermişdir”
(B.Əhmədli. “Dramaturq: sənət və həqiqət”. Bakı. 2011, səh.70).
Müəllifin məhz bu dövr yaradıcılığında faciə janrına daha tez-tez müraciət etməsi
təsadüfi deyildir, bu janr ictimai-siyasi kataklizm, milli azadlıq hərəkatı, tarixi sınaqlar,
müharibə və çaxnaşmalar dövrünün mövzu və problemlərini özündə daha yaxşı ehtiva edir,
belə ictimai-siyasi durum bu janrın inkişafına “münbit” şərait yaradır. Mahiyyətində mü-
haribənin sosial duruma, insan taleyinə təsiri duran “Əsgər anası” pyesindən də görünür ki,
hər bir faciənin əsas mənbəyi cəmiyyətin təbiətindən doğan ictimai ziddiyyətdir və burada da
müəllifin yaradıcılıq bacarığı səviyyəsində cəmiyyət həyatındakı konfliktlərin təbiəti açılır.
Bu əsərdə konkret müharibə, döyüş səhnəsi yoxdur, ancaq bu kabus hər səhnədə do-
laşmaqdadır; ananın böyük oğlunun itkin düşməsi, kiçik oğulun şəhid olması, sonda ortancıl
oğulun və ananın ölumu... Müəllif pyesdəki dinamizmi, konfliktin ağırlığını, obrazların
nitqini, bir sözlə, bütün dramaturji imkanları səfərbər edib son dərəcə gərgin müharibə ovqatı
yarada bilir. Pyesdə müharibə və onun özü ilə sürükləyib gətirdiyi bir çox sosial-ictimai
bəlalardan danışılır. Əslində, “Əsgər anası”nın süjetinə çəkilən hadisə, yaxud faciə həyatdan
götürülmüş olsa da, məqsəd bir ailə faciəsini əyaniləşdirmək deyildir, dramaturqun bütün
yaradıcılığından bir teziz kimi keçən əxlaqi dəyərləri yüksək tutmaq, heysiyyatın, təmiz
vicdanın fövqündə heç bir hiss və qüvvənin dura biməməsi fikrini bir daha təsdiqləməkdir.
“Əsgər anası” pyesinin müəllifə verdiyi həyat materialının bəzən fərqli anlama və qəbul
edilməsinə baxmayaraq, o, milli mentalitet və ənənələrə sadiq qalmaq yolundan çıxmır;
faciəni yaradan baş vermiş müdhiş olay, oğul qatilinə çevrilmiş ana, ana-qadın fenomeninin
üzərinə heç də kölgə salmır, əksinə, qatil ana baş vermiş cinayətdə əxlaqın toxunulmazlığının
müdafiəçisi kimi təqdim olunur, təsvir edilən bədii səhnələr, konflikt və qarşıdurmalar
tamaşaçıda affekt vəziyyəti yaradaraq qoyulmuş problemin uğurlu bədii həllinə yol açır.
Əsərdə ən ağır bədii dramaturji yük ana (Maral) obrazının üzərinə düşür, ən ağır missiyanı da