Редаксийайа дахил олуб: 04.06.2015
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
8
Müharibə ədəbiyyatı: aktuallıq və sənətkarlıq
Solmaz Məmmədova
фilologiya üzrə fəlsəfə doktoru
E-mail: applesweet@inbox.ru
Ряйчиляр: ф.ц.е,д., проф.И.Б.Казымов
ф.ц.ф.д., дос. И.М.Мяммядли
Açar sözlər: dramaturgiya, aktuallıq, problematika, sənətkarlıq, vətənpərvərlik, sosial
sifariş, ictimai-siyasi mövzu, estetika, forma, məzmun, dramaturji priyom
Ключевые слова: драматургия, актуальность, проблематика, мастерство, патри-
отизм социальный заказ, общественно-политическая тема, эстетика, форма, содержа-
ние, драматический прием
Key words:
dramatic, topicality, problems, crafts, patriotism, social order, social and
political issue, aesthetics, form, content, dramaturgical trick
İstənilən əsərin uğuru qarşıya qoyulan problemin aktuallığı və onun sənətkarlıq
baxımından bədii həlli ilə vəhdətdə götürülməlidir. Milli ədəbiyyatın simasını formalaşdıran
dramaturgiyanın son dövr mənzərəsində nisbi sakitlik və əlamətdar hadisələrin azlığı, yaxın
keçmişimızın yaratdığı problemlər və onların bədii inikası olan əsərlərin günün hadisəsinə
çevrilməməsi bu əsərlərin bir qisminin sənətkarlıq baxımından zəif işlənməsi üzündən öz
oxucu-tamaşaçı auditoriyasını formalaşdıra bilməməsi ilə bağlıdırsa, digər qismi isə ədəbi
tənqid tərəfindən lazımınca dəyərləndirilməməsindən dolayı maraq dairəsindən kənarda qalıb
gündəmdən düşməsi ilə əlaqədardır. Doğrudur, ədəbi prosses də yerində saymır. Son dövrdə
yaranan dram əsərləri, teatr nümunələri və digər ədəbi nümunələr onu deməyə əsas verir ki,
ədəbiyyat öz funksiyasını yerinə yetirməkdədir. Lakin bu əsərlər milli mənəvi təkamülə,
vətənpərvərlik ovqatını yaratmağa nə dərəcədə nail olur? Çox ziddiyyətli yaxın keçmişimizi,
onun ən ağrılı səhifəsi olan Qarabağ faciəsini, bu olayların doğurduğu problemləri lazımınca
işıqlandıra bilirmi? Bu sualın cavabı heç də birmənalı deyildir. Ümumiyyətlə, bu mövzunu
baykot etməyə çağıranlar da var, yazarların ruh düşkünlüyü ilə, stimulverici amillərin
olmaması ilə əlaqələndirənlər də, ədəbi material üçün mövcud durumu qeyri-müəyyən
adlandıranlar da. Halbuki milli maraqların xidmətində olmaq, cəmiyyətdəki mövcud ictimai-
siyasi ab-havanı bədiiləşdirib bundan ictimai mənəvi tərbiyədə istifadə etmək bilavasitə
ədəbiyyatın vəzifəsidir və heç bir qrant və stimullarla ölçülmür. Bu gün müharibə möv-
zusunda yazmaq üçün kifayət qədər həyat materialı da vardır. Sadəcə, yazıçıdan tələb olunan
vəzifə əsl ədib-vətəndaş olmaqla məsuliyyəti dərk edərək tarixi yükü olan missiyanı ləyaqətlə
yerinə yetirməkdir. Hətta atəşkəs, sakit quruculuq ab-havası da heç kəsə əsas vermir ki, bu
böyük milli problem unudulsun. Xalqın mübarizə əzmini, ruh yüksəkliyini təmin etmək,
tarixə və yaddaşımıza düzgün münasibət formalaşdırmaq üçün məhz bu səpkili əsərlərin,
mükəmməl nümunələrin yaradılmasına böyük ehtiyac duyulur. Dünya ədəbiyyatında müha-
ribə mövzusunda elə nümunələr vardır ki, orada bir dənə də olsun döyüş səhnəsi yoxdur, an-
caq bu əsərlər bədii-estetik dəyərinə, əhatə etdiyi mövzunun bəşəriliyinə görə müharibə ədə-
biyyatının ən layiqli nümunələri sırasında olmaq statusu qazanıb. Bizdə də məhz müasir ədəbi
prossesi dolğun, sanballı, günün aktual problemləri ilə məşğul edən ədəbi nümunələr yaradıl-
malı, yaxın keçmişimizi, müharibə dövrünü əks etdirən əsərlər lazımınca dəyərləndirilməli və
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |