9 ədəbi tənqid də onları gündəmdə saxlamalıdır. Ədəbiyyatın həm mənəviyyatla bağlılığı, həm
ictimai şüura təsir edə bilmək kimi üstünlüklərindən yararlanmayan heç bir yazar özünü hər
şeydən öncə vətəndaş, ziyalı, milli mənafe uğrunda fədakar mübariz adlandıra bilməz.
Dramaturgiyamızda C.Məmmədquluzadənin ,,Kamança” pyesi ilə başlanan Qarabağ
mövzusu əslində bütün zamanlarda ədəbiyyatımız üçün aktual olmuş, lakin sovet hakimiyyəti
illərində siyasi senzuranın təzyiqi ilə bu mövzuya erməni təəssübkeşliyi baxımından birtərəfli
şəkildə qadağa qoyulmuşdur. Bu gün də vəziyyət ürəkaçan deyildir. Ədəbiyyatın təxirəsalın-
maz sosial sifarişi olan torpaqlarımızın azadlığı probleminin işlənməsində kasadlıq, çevik
dramaturgiyanın bu məqama passiv münasibəti, sosial sifarişin oxucu-tamaşaçı tələbatını
ödəyə bilməməsi real ədəbi məkanın sönük, mənasız səhnə əsrləri ilə dolmasına gətirib çı-
xardı. Bu gün heç vaxt indiki qədər aktual olmayan bu mövzuya barmaqla sayıla biləcək
əsərlərlə cavab verməli oldu.
Son dövrün məhsulu olan Firuz Mustafanın “Dəhliz”, Vidadi Babanlının “Ana intiqa-
mı”, Yusif İsmayılovun “Didərginlər”, Aygün Həsənoğlunun iki hissəli “Mağara“ pyesləri,
Ağarəhim Rəhimovun silsilə dramları dövrün atmosferini, ictimai-siyasi-sosial mənzərəsini
müəyyən mənada əks etdirməklə yanaşı, gəncliyin milli, vətənpərvər ruhda tərbiyəsində əhə-
miyyətli rol oynayır.
Dramaturgiyada müharibə mövzusundan danışarkən müasir ədəbi prossesdə daha çox
Ağarəhim Rəhimovun yaradıcılığının üzərində dayanmaq istəyirəm. Həm də düşünürəm ki,
Ağarəhim Rəhimovun dramaturgiya səhəsindəki uğuru yalnız mövzu və aktuallıqla deyil,
eyni zamanda sənətkarlıq, estetik kamillik və gerçəliyi bədiilik süzgəcindən keçirə bilmək
bacarığı ilə əlaqələndirilməlidir. Ağarəhim Rəhimov azərbaycanlı oxucunun gözləntilərini,
ədəbiyyatın sosial tələblərini yazıçı məsuluyyəti ilə dərk edərək bir-birinin ardınca “Canavar
balası” (1996), “Xəyanət” (1998), “Qızmızı qar” (1998), “Haray” (1999), “Əsgər anası”
(2003) pyeslərini yaradır və bununla da müharibə mövzusu onun həm vətəndaşlıq narahatlı-
ğının təzahürünə çevrilir, həm də xalqın yaradıcı ziyalısı kimi öhdəsinə düşən vəzifələrinin
sırasına daxil olur. Bu dramaturgiyada hər şeydən əvvəl, vətən, vətəndaşlıq borcu başlıca
prinsip kimi götürülür, bu prizmadan aktual, ictimai-mənəvi ixtilaflar, qarşıdurmalar, novator
davranış və münasibətlər yaradılır. Yaradıcılığının ən məhsuldar dövrünü məhz bu qlobal
münaqişə mövzusuna, məsuliyyətli bir tarixi dövrun problemlərinə həsr etmiş müəllifin bu
işin öhdəsindən necə gəlməsi də dramlarında ortaya qoyduğu yeni düşüncə tərzində, yaratdığı
zəngin həyat səhnələrində, bədii ədəbiyyatın professional incəliklərini realizə etmək baca-
rığında, dövrün informasiya daşıyıcıları kimi yeni insan tipi, orijinal obrazlar yaratmaq səriş-
təsində özünü büruzə verir. Bu dramaturgiya 80-90-cı illər Azərbaycan həyatını sanki bir teatr
səhnəsində işıqlandırır, böyük yaşantıarın kiçik modelini qurub oxucuya əyani, interaktiv bir
yolla çatdırmağa çalışır. Çünki o, müharibə mövzusuna müraciət edərkən kiçik bir həyat
hadisəsini, konkret bir olayı bədii material kimi götürmür, bütöv bir tarixi mərhələnin bədii
obrazını yaradır və bu işdə ona bir tərəfdən yazıçı istedadı, sənətkar fəhmi, digər tərəfdən,
ədib-vətəndaş mövqeyi, vətənə, xalqına hədsiz sevgi hissi kömək edir. “Dramaturqun bir
məharəti də ondan ibarətdir ki, artıq cəmiyyətin bütün sferalarını, təbəqələrini, yaruslarını
oxucunun gözləri qarşısına yaxınlaşdırır, retrospektrləri qabarıqlaşdırıb qabağa çəkir, cəmiy-
yəti teatrlaşdıdır, onu bir tamaşa salonuna çevirir, bir növ Bertold Brextin “epik teatrının”
estetikasına yaxınlaşdırır“ (A.Bədəlov “Qələmin ucu, qılıncın gücü”. Bakı, 2008, səh.238).
Müəllif vətənə xəyanət, torpağa xəyanət, qardaşa xəyanət, ailəyə xəyanət kimi çoxşaxəli süjet
xəttlərini vahid müstəvidə birləşdirməklə “Xəyanət” dramında bütün uğursuzluqların səbəbini
xəyanətdə görür, fəlsəfi konteksdə anlaşılan bu kateqoriyanın cəmiyyət və insan həyatında