12 “Qırmızı qar” pyesində son dərəcə gərgin süjet xətti tamaşaçını bir an belə rahat
buraxmır. İnsan xislətinə sığmayan görünməmiş vəhşilik və işgəncələrin fonunda milli
əxlaqın qorunması və bu yolda fədakarlıq, qeyrət nümayişi əsərin leytmotivini təşkil edir. İlk
səhnədən bir-birini izləyən müharibə və əsirlik səhnələri ilə elə bir hadisələr axarına düşürsən
ki, qəzəb, kin, nifrət ruhu bir an belə səni tərk etmir.
Daha çox hiss və duyğulara toxunan “Gəlinqaya əfsanəsi”nin də Azərbaycan xalqının
namus və qeyrət mücəssiməsi kimi əsərə daxil edilməsi təsadüfi deyildir. Bu əfsanə oxucu
tərəfindən maraqla qarşılanaraq məqsəd və məramın çatdırılmasına yardımçı olmuşdur. Sona-
dək mübariz, fədakar və ölümün gözünə dik baxmağı bacaran əsirlikdə olan qız-gəlinlərimizin
timsalında azərbaycanlı əxlaqi meyarlarının açılıb ortaya qoyulması və qorunması yolunda
ibrətamiz faciə müharibə dövrü ədəbiyyatının daha bir dəyərli nümunələrindəndir!
“Vicdan məhkəməsi” pyesində isə müharibə səhnələrindən deyil, müharibənin cəmiy-
yətdə yaratdığı hərc-mərclikdən, heç kəsin cavabdehlik daşımadığı zəmanədə yaşanan prob-
lemlərdən danışılır. Dilbərin gənc ailəsini dağıdan, günahsız bir gənci dünyadan aparan namə-
lum güllə əslində cəzasız qalmış cinayətlərdən doğan nəticədir ki, bu da tarixdə yaşadığımız
məlum dövr və onun problemləri haqda müəyyən təsəvvür yaradır..
Aristotel “Poetika”sında aktuallıq bərəsində yazır: “…ola bilsin ki, həyatda baş vermiş
hadisələrin mahiyyət etibarilə heç bir əhəmiyyəti olmasın. İnsanların talelərində heç bir şey
müəyyən etməsinlər. Ona görə də belə hadisələrin dram üçün də əhəmiyyəti yoxdur”. Mövzu
seçərkən aktuallıq baxımından həmişə öndə olan Ağarəhim Rəhimov dramaturgiyasının aktu-
allığı həm də məzmun-forma vəhdətində, sənəti onun kamil və təkmil normalarına tabe etdir-
mək bacarığındadır. Ədibin mürəkkəb və sinkretik dramatik növə tez-tez müraciət etməsi söz-
lə davranmaq bacarığını sərgiləyir, çünki dramaturgiyada söz hərəkət kimi vacib elementdir
və dram əsərlərində elə söz də hərəkət kimi dinamikanı şərtləndirir. Əslində dramaturgiyanın
əsas elementi kimi götürülən hərəkət də yalnız biri-birini əvəzləyən səhnə və remarkalar deyil,
eyni zamanda sözdür, yəni söz dramda intellektual don geyindirilmiş hərəkətdir. Ona görə
dram qəhrəmanları filosofluq edir, müəllif onları fikir və məfkurə ilə silahlandırır. Ədalət
(“Xəyanət”) nitqi ilə dövrün eyforiyasını, Qüdrət (“Xəyanət”) gücsüz ziyalılığın ovqatını
yarada bilir. Dilbər (“Vicdan məhkəməsi”) monoloq və dialoqlarında hakim kimi çıxış edir,
Gülyan (“Haray”) ittihamçıdır. Bu qəhrəmanlar meydan oxuyan nitqləri ilə sanki Şiller qəhrə-
manlarını xatırladırlar. Bu ehtiraslı çıxışlar, bəzən hiss və emosiyaların çoxluğu dramaturji
tələb və prinsiplərdən irəli gəlir və əsərin ideya, məfkurə həllinə bilavasitə yardımçı olur.
C.Cabbarlı da ölməz qəhrəmanlarını yaradarkən onları ritorika və pafosla yükləmiş, Azərbay-
can səhnəsinə tamaşaçı-oxucu şüurunu ələ ala bilən natiq qəhrəmanlar vermişdir. Nitqləri
qüvvətləndirən ritorika və pafosun çoxluğu A.Rəhimov qəhrəmanlarının özəlliyidir. Dinami-
kanı yüksəldən, tamaşaçı-səhnə tandemini daha da yaxınlaşdıran, emosional ovqatı artıran
ritorika Qüdrətə (“Xəyanət”) özünü ittiham etməyə, daha ətraflı təqdim etməyə, yaxud Dil-
bərə (“Vicdan məhkəməsi”) ədalətsiz dünyaya etirazını bildirməyə, söylədiyi arqumentlərə
tamaşaçını inandırmağa xidmət göstərir, Dilbərin ictimai-sosial, ailədaxili funksiyalarına bağ-
lılığı o qədərdir ki, hadisələrin son akkordunda onun hiss və emosiyalarla dolu çıxışı heç də
plakatçılıq təsiri bağışlamır, əksinə, durumu təhlilə yatımlı etmək, onu hazır xammala çevirib
oxucuya təqdim etmək missiyasını layiqincə yerinə yetirir. Bundan əlavə, nitqlərdəki pafos və
ritorika dövrün ovqatının təzahürü də ola bilir. Dövrün ovqat və coşğusundan irəli gələn ey-
foriya ilə müəllif həmin illərdə müstəqillik və torpaq uğrunda meydana çıxan xalq hərəkatının
spesifikasını, entuziazmını əsərə hopdura bilmişdir: Ədalət, Qüdrət, Xavər, Dilbər, Asiman.
...Ağarəhim Rəhimov yaradıcılığı ilə Cəfər Cabbarlı sənəti arasında analoğiyalar aparmağımız