Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə83/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   79   80   81   82   83   84   85   86   ...   298
Редаксийайа дахил олуб: 22.06.2015 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
66 
XIX-XX яср рус елми мянбяляриндя атрибутив  
компонентли Нахчыван топонимляри  
 
Эиляханым Пашайева  
Bakı Slavyan Universitetinin «Müasir 
 Azərbaycan dili» kafedrasının müəllimi, 
AMEA-nın Naxçıvan Bölməsinin doktorantı 
 
Ряйчиляр: ф.ц.е.д., проф.И.Б.Казымов 
                 ф.ц.ф.д., дос.Д.Т.Ялийева 
 
Açar sözlər: Naxçıvan, toponim, atributiv komponent, rus elmi mənbələri 
Ключевые  слова:  Нахичевань,  топоним,  атрибутивная  компонент,  российские 
научные источники 
Key words: Nakhchivan, place name, attribute component, Russian scientific sources 
 
XIX-XX  əsr  rus  elmi  mənbələrində  qeydə  alınmış  Naxçıvan  toponimləri  öz  struktur 
müxtəlifliyinə  görə  fərqlənir.  Bunların  arasında  atributiv  komponentli  söz  birləşməsi  tipli 
toponimləri  xüsusi  qeyd  etmək  lazımdır.  Belə  ki,  atributiv  adlandırma  toponimin  əsas  xüsu-
siyyətlərini (relyefini, coğrafi mövqeyini, bitki örtüyünü və s.) özündə cəmləşdirməklə, onun 
mənasının açılmasında mühüm rol oynayır.  
Qeyd edək ki, XIX-XX əsr rus elmi mənbələrində əksini tapmış atributiv səciyyəli to-
ponimlərdən bir çoxu artıq mövcud deyildir. Onların təhlilə cəlb olunması Naxçıvan toponim-
ləri  haqqında  daha  geniş  təsəvvür  yaratmağa  imkan  verir.  Məqalədə  İ.Şopenin  “Историчес-
кий  памятник  состояния  Армянской  области  в  эпоху  ее  присоединения  к  Российской 
империи”, V.Qriqoryevin “Статистическое описание Нахичеванской провинции”, D.Pa-
qirevin “Алфавитный указатель к пятиверстной карте Кафказского края” əsərində qeydə 
alınmış toponimlər təhlil olunacaqdır.  
Toponimlər özlərində  yalnız linqvistik, tarixi,  coğrafi faktları  əks  etdirmir. Onlar bü-
tün dil faktları kimi düşüncə tərzinin də ifadəsidir. Hər hansı  bir obyektə ad qoyma insan tə-
fəkkürünün  məhsuludur.  Toponimlərin  adlandırılmasını  keçmişdən  gələcəyə  doğru  təhlil  et-
sək, adlandırma təfəkkürünün də inkişafını izləyə bilərik. Belə ki, əgər insan özünün hələ ilkin 
dövrlərində  sadə  adlar  qoymağa  üstünlük  verirdisə,  təfəkkürünün  inkişafı  nəticəsində  daha 
mürəkkəb adlar meydana gəlməyə başladı. Məsələn, əgər əvvəllər insan bütün su hövzələrinə 
ümumi ad verirdisə (Dunay, Oka, Nil və s. kimi qədim çayların adı müxtəlif dillərdə sadəcə 
“çay”  deməkdir),  daha  sonra  onları  bir-birindən  fərqləndirməyə  başladı.  Bir  sözlə,  “coğrafi 
adlar coğrafi obyektlə bir-başa əlaqəli deyil, onların arasında insan dayanır” (3, 6). 
Coğrafi  adların  meydana  gəlməsində  atributiv  səciyyəli  sözlərin  xüsusi  rolu  vardır. 
Atributiv adlandırmalar müxtəlif modellərdə özünü göstərir: isim+sifət, sifət+isim, isim+isim, 
xüsusi ad+isim və s. “Sifət+isim” modeli bütün türk toponimiyası üçün, həmçinin Naxçıvan 
yer adları üçün  daha xarakterikdir. Bu tip adlandırmada sifət, yəni təyin edən mövqeyində bir 
sıra sözlər işlənə bilər. Məqalədə atributiv söz funksiyasında işlənən istiqamət bildirən sözlərə 
diqqət yetirəcəyik. 
İstiqamət bildirən sözlərə aşağı, yuxarı, orta, aralıq, baş, ayaq, yaxın, uzaq, şərq, qərb 
və s. kimi sözlər aiddir ki, bunlar da istənilən xalqın toponimikasında özünəməxsus şəklidə öz 
əksini tapmışdır. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin