69 əminliklə demək olmaz. A. Bağırov qeyd edir: “Bu toponimin mənşəyi XVI əsrdə Naxçıvan
sancağında böyük bir eli təmsil edən Aralıq nahiyəsinin adı ilə bağlıdır” (2, 104). Adın “Aral”
adı ilə də bağlılığı mümkündür. Elə Naxçıvan ərazisində Araz çayına tökülən çaylardan biri
də Aral (Hacıçay) adlanırdı (7, 254). Ona görə də bu adın istiqamət bildirən aralıq sözü ilə
əlaqəsi müəyyənləşməmiş qalır.
Digər istiqamət bildirən söz orta sözüdür ki, onun da semantikası aralıq sözü ilə
eynidir. Məsələn, Orta Anzır kənd adı Baş Anzır və Dib Anzır kəndlərinin artasında yerləşən
kənd mənasını ifadə edir. İ.Şopenin “Исторический памятник состояния Армянской
области в эпоху ее присоединения к Российской империи” əsərində Orta Anzır (7, 489 ),
Orta kənd (7, 331) adları qeydə alınmışdır.
“Dib” sözünə gəldikdə isə, bu sözün də toponimiyada “ayaq”, “aşağı” komponentinin
sinonimi kimi işləndiyi qeydə alınmışdır (1, 232).
XIX-XX əsr mənbələrində Naxçıvan əra-
zisində yalnız Dib Anzır kənd adı, Dib Dərə (7, 335) məhəllə adında müşahidə olunmuşdur.
İ.Şopenin “Исторический памятник состояния Армянской области в эпоху ее
присоединения к Российской империи” və V.Qriqoryevin “Статистическое описание
Нахичеванской провинции” əsərində Güney Vəng kənd adına rast gəlinir ki, bu da sırf
coğrafi istiqamət bildirən güney – “cənub” sözünün köməyilə yaranmış kənd adıdır.
Mənbələrdə qeydə alınmış toponimlərin hərtərəfli tədqiqi onların mənasının açılma-
sında əsaslı faktların aşkarlanması üçün vacibdir. Bu baxımdan təhlilə cəlb olunmuş atributiv
komponentli söz birləşməsi tipli Naxçıvan toponimləri maraq doğurur. Məqalədə yer almış
toponimlər istiqamət bildirən sözlərin köməyi ilə yaranmışdır. Onların tərkibindəki atributiv
sözlər özündə toponimin hər hansı bir xüsusiyyətini daşıyır.