Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə84/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   80   81   82   83   84   85   86   87   ...   298
 
 
67 
XIX – XX əsr rus elmi mənbələrinə və son dövr arxiv materilallarına əsasən Naxçıvan 
ərazisində istiqamət bildirən sözlər qoşulmuş aşağıdakı yer adları mövcud olmuşdur (2, 261-
316):
 
Baş Camaldın / Ayaq Camaldın, Baş Anzır / Orta Anzır / Dib Anzır, Orta Kənd, Aşağı 
Hacıvar  /  Hacıvar  Yuxarı,  Aşağı  Uzunoba  /  Yuxarı  Uzunoba,  Aşağı  İrəmeşin  /  Yuxarı 
İrəmeşin, Aşağı Əndəmic / Yuxarı Ədəmic, Aşağı Əylis / Yuxarı Əylis, Aşağı Aza / Yuxarı 
Aza, Aralıq Kalba Əli xan, Aralıq Məhəmməd Əli bəy, Vəng / Güney vəng, Aşağı Danzik / 
Yuxarı  Danzik,  Aşağı  Canı  /  Yuxarı  Canı,  Aşağı  Məzrə  /  Yuxarı  Məzrə,  Aşağı  Buzqov  / 
Yuxarı Buzqov, Aşağı Daşarx / Yuxarı Daşarx, Aşağı Yaycı / Yuxarı Yaycı, Aşağı Aralıq / 
Yuxarı  Aralıq,  Aşağı  Qışlaq  /  Yuxarı  Qışlaq,  Aşağı  Ləkətağ  (Azərbaycan  toponimlərinin 
ensiklopedik  lüğəti)

Aşağı  Nehrəm  (Azərbaycan  toponimlərinin  ensiklopedik  lüğəti)

Baş 
Dizə (Azərbaycan toponimlərinin ensiklopedik lüğəti)
 
İlk baxışdan istiqamət bildirən sadə adlandırma kimi görünsə də, əslində bu adlandır-
manın xalqın təfəkkürünə söykənən əsasları vardır. Belə ki, dünya xalqlarının müxtəlif istiqa-
mət  müəyyənləşdirmə  təcrübələri  bizə  məlumdur.  Məsələn,  Misirdə  cənub,  iudeylərdə  şərq, 
Mesopatamiyada  və  etrusklarda  cənub  istiqaməti  müəyyənləşdirmək  üçün  əsas  sayılırdı  (5, 
86). 
Türk toponimikasında, həmçinin türk dünyasının bir hissəsi olan Azərbaycan toponi-
mikasında istiqamət bildirən aşağı, yuxarı, orta, baş, ayaq, qabaq, dal, dib, aralıq kimi söz-
lərlə  sabitləşmiş  yer  adlarına  tez-tez  rast  gəlinir.  Bu  sözlərin  hər  birinin  işlənmə  məqamı  və 
funksiyası vardır. Məsələn, şimal, cənub, şərq, qərb, uzaq, yaxın kimi sözlər Azərbaycan to-
ponimikasında konkret yer adı deyil, istiqamət bildirir və lüğətdə toponim kimi öz əksini tap-
mır: Şimali Azərbaycan, Cənubi Azərbaycan, Qərbi Azərbaycan və s. Dal, qabaq, dib və s. bu 
kimi sözlər isə nisbətən kiçik həcmli toponimlərdə, yəni mikrotoponimlərdə - məhəllə, küçə 
adlarında müşahidə olunur. Məsələn: Dal Qoltuq, Qabaq Həsənabad və s.  
Azərbaycan, həmçinin Naxçıvan ərazisində daha çox rast gəlinən toponimlər isə aşağı 
və yuxarı sözləri qoşulmuş toponimlərdir. Bu adlandırmanın nəyə nəzərən aşağı və ya yuxarı 
şəklində olması maraq doğurur. M.Murzayevin də qeyd etdiyi kimi, bu tip adlandırmalar həm 
coğrafi istiqamətə, həm də yerli əlamətlərə görə ola bilər. Bu məsələni aydınlaşdırmaq üçün 
Naxçıvan  ərazisində  yerləşən  konkret  yer  adlarına  müraciət  edəcəyik.  Çünki  Naxçıvan  türk 
coğrafiyasının  bir  hissəsi  kimi  bu  torpaqlarda  türk  təfəkkürünün  izlərini  yer  adlarında 
saxlamaqdadır. 
Yuxarıda  qeyd  etmişdik  ki,  müxtəlif  xalqların  istiqaməti  müəyyənləşdirmə  üsulu  da 
fərqlidir. Türk xalqlarında  günəşin  çıxdığı  istiqamət əsas  götürülürdü.  Türklərin təfəkkürünə 
görə  Şərq  –  qabaq,  Qərb  –  arxa,  Cənub  -    yuxarı,  Şimal  –  aşağı  sayılırdı.  “Şərq  türklərdə 
müsbət keyfiyyətləri əks etdirirdi. Bu, günəşin çıxdığı istiqamətdir. Qərb tərəf isə üfüqi xətt 
üzrə orada daima batan günəşlə əlaqələndirilirdi... Cənub və Şimal türklərdə bir-birinə qarşı 
qoyulur.  Üzü  çıxan  günəşə  tərəf  dayandıqda  şimal  –  sol  tərəf,  cənub  isə  -  sağ  tərəf  hesab 
olunur.  Əgər  məkan  şaquli  xətt  üzrə  müəyyənləşdirilirsə,  onda  cənub  –  “yuxarı”,  şimal  isə 
“aşağı” kimi əks olunur” (8). 
Bu fakt  M.Kaşğarinin divanında da öz  əksini tapmışdır. O, Çin  sözünü izah edərkən 
Çinin  3  hissədən  –  yuxarı,  orta  və  aşağı  Çindən  ibarət  olduğunu  yazır.  Tədqiqatçılar  onun 
təsvir etdiyi  yuxarı Çinin indiki Şərqi, aşağı Çinin isə Qərbi Çin olduğu qənaətinə gəlmişlər. 
O “yokarı” və “koyı” sözlərini işlədir ki,  bu da  “aşağı” və  “yuxarı” deməkdir. Onun dünya 
xəritəsi də şərqə isitiqamətlənib (5, 86). 
Bu məsələ ilə A.K.Kononov da məşğul olmuşdur. O, türklərdə 4 istiqamət tipi müəy-
yənləşdirmişdir: 1) üzü şərqə; 2) günəş zenitdə olarkən üzü günəşə; 3) qütb ulduzuna tərəf; 4) 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin