68 şaquli xətt üzrə yuxarı/aşağı (5, 87).
“Yakutlarda cəhətləri şaquli çəkildə müəyyənləşdirmək əlaməti hələ də
saxlanılmaqdadır. Bu da soquru – “cənub” (türk dilində yuxarı), usa (türk dilində üst) –
hündürlük, baş, “cənub”, xotu – (türk dilində kötü, koyı) – “aşağı”, buryat dilində xoyto –
“şimal” və s. şəklində öz əksini tapmışdır (5, 87). Göründüyü kimi, yakutlarda cənub anlayışı
soquru, yəni yuxarı sözü ilə ifadə olunur.
Beləliklə, türklərdə iki istiqamət tipi əsas sayılırdı: şərq və cənub.
Çox güman ki, Naxçıvan ərazisindəki bu tipli toponimlər də coğrafi istiqamətə görə
adlandırılmışdır.
Atributiv komponentli yer adları içərisində aşağı/ yuxarı komponentli toponimlər üs-
tünlük təşkil edir: Aşağı Hacıvar / Hacıvar Yuxarı, Aşağı Uzunoba / Yuxarı Uzunoba, Aşağı
İrəmeşin / Yuxarı İrəmeşin, Aşağı Əndəmic / Yuxarı Ədəmic, Aşağı Əylis / Yuxarı Əylis,
Aşağı Aza / Yuxarı Aza, Aşağı Danzik / Yuxarı Danzik, Aşağı Canı / Yuxarı Canı, Aşağı
Məzrə / Yuxarı Məzrə, Aşağı Buzqov / Yuxarı Buzqov, Aşağı Daşarx / Yuxarı Daşarx, Aşağı
Yaycı / Yuxarı Yaycı, Aşağı Aralıq / Yuxarı Aralıq, Aşağı Qışlaq / Yuxarı Qışlaq, Aşağı Lə-
kətağ, Aşağı Nehrəm.
Bu tipli toponimlər türk toponimik ədəbiyyatında “yakın taşınmış yer adları” adlandı-
rılır. “Bir-birinə yaxın yerlərdə ən çox istifadə olunan yer adı dəyişdirmə şəkli aşağı və yuxarı
kəlimləriylə adlandırmadır” (9). Köhnə yaşayış yerlərinə yaxın bir yerdə yeni məskunlaşma
yeri quran insanlar buraya da əvvəlcə yaşadıqları yerin adını verirlər. “İki məskunlaşma yeri
arasında aşağı – yuxarı, böyük – kiçik, köhnə - yeni və s. kimi əlaqə mütləq qurulur”
(9). Bu-
na görə də belə toponimlər digərlərinə nisbətən çoxluq təşkil edir. Belə toponimlər arasında
müəyyən qanunauyğunluq da mövcuddur: aşağı komponentli yer adının mütləq yuxarı kom-
ponentli variantı da olmalıdır.
Digər istiqamət bildirən sözlərdən baş və ayaq sözləri də toponim yaratma prosesində
iştirak edir. M.Murzayevin də qeyd etdiyi kimi, bu adlar anotomik leksikanın coğrafi termino-
logiyaya keçməsi nəticəsində meydana gəlmişdir. Azərbaycan toponimlərinin ensiklopedik
lüğətində “baş” sözü “böyük” mənasında təqdim edilir (1, 114). XIX əsrin sonu XX əsrin əv-
vəllərinə aid mənbələrdə Naxçıvan ərazisində Baş Camaldın, Baş Anzır yer adlarının adı çəki-
lir. Ümumiyyətlə isə, Azərbaycan toponimlərinin ensiklopedik lüğətində müasir dövrdə baş
sözü ilə bağlı 18 yer adı verilmişdir ki, onlardan 1-i Naxçıvan ərazisinə aiddir. Bu da Baş
Dizə kəndidir.
Tədqiq etdiyimiz mənbələrdə Naxçıvan ərazisində “ayaq” sözü ilə işlənən yalnız bir
yer adı qeydə alınmışdır ki, bu da Ayaq Camaldın kəndidir. Lakin bu kənd adı da 2007-ci il
arxiv materialında artıq təkcə Camaldın şəklində qeyd olunmuşdur. “Toponimiyada ayaq “kə-
nar, uzaq”; “aşağı”; “qurtaracaq” mənalarını ifadə edir (1, 90). Onu da qeyd etmək lazımdır
ki, baş və ayaq sözləri yer adlarında həm də aşağı və yuxarı sözlərinin sinonimi kimi çıxış
edir.
Aralıq sözü müasir Azərbaycan dilində istiqamət bildirən sözdür. Lakin yer adlarına
qoşulmuş digər sözlərdən fərqli olaraq burada daha çox yerli əlamət bildirmə xüsusiyyəti özü-
nü göstərir. Yəni hər hansı bir coğrafi istiqamət deyil, məhz “konkret məkan arasında yerləşən
yer” mənası başa düşülür. “Aralıq” sözü ilə işlənən yer adlarına az təsadüf olunur. XIX-XX
əsr rus mənbələrindən yalnız İ.Şopenin “Исторический памятник состояния Армянской
области в эпоху ее присоединения к Российской империи” əsərində Aralıq Kalba Əli xan,
Aralıq Məhəmməd Əli bəy, Aşağı Aralıq / Yuxarı Aralıq kəndlərinin adı çəklir.
Bu mənbədə qeydə alınmış Aralıq adının istiqamət bildirən söz əsasında yarandığını