29
çıxartmaq üçün heç şeydən, xüsusilə maddi çətinlikdən çəkinməsin, lazım gələrsə əlavə yenə pul
verməyə hazırdır.
Qəzetin
kütlələrə, xüsusilə Azərbaycan xalqına böyük kömək edəcəyini yaxşı başa düşən
general Abdulla ağa Bakıxanov müxtəlif idarələrə müraciət edib “Əkinçi”nin çıxması üçün var
qüvvəsi ilə çalışmışdır. Zərdabiyə isə abunəçi toplamaqda çar çinovniklərini “narahat” etməməyi
məsləhət görmüşdür. Məktubların məzmunundan məlum olur ki, maarifpərvər Zərdabi ilə
general A.Bakıxanov yaxın dost olmuşlar. 19 iyul 1875-ci il tarixli məktubunda o yazırdı:
“Əziz və istəkli Həsən bəy!
Sizin məktubunuzu Tiflisdə aldım. Qəzetin nəşri haqqında elan isə Qubada mənə məlum
oldu. Ona görə də mən Tiflisdən məktub yazmaq imkanından məhrum oldum.
Qubaya
gəldikdə öyrəndim ki, Əhməd ağa onları paylamış, bir neçə nüsxəni isə özündə
saxlamışdır. Elə burada da öyrəndim ki, elanların paylanması üçün, siz hökumətə müraciət
etmisiniz və onların vasitəsi ilə abunəçi toplamısınız. Onu da deməliyəm ki, yuxarı dairələri
narahat etməkdənsə qəzetin labüdlüyünü dərk etdirmək yolu ilə abunəçilər axtarmaq daha yaxşı
olardı. Onda xeyrini dərk edən xalq könüllü olaraq sizin qəzeti qəbul edərdilər. Qəzet
möhkəm
zəmin üzrə yayılardı.
Nə isə, bu mənim şəxsi mülahizəmdir. Ona görə də sizi vadar etmirəm.
Hər halda mən sizin tədbirə kömək etməyə çalışacağam. Allah eləsin ki, müsəlman əhalisi
arasında savadlanma geniş yayılsın. Sonra sizin qəzetin sadiq abunəçiləri olacaqdır. O zaman
sizin qəzetin xalq kütlələrinə mənfəət gətirəcəyini inamla söyləmək olar.
Başladığınız işdə sizə səmimi qəlbdən muvəffəqiyyət arzulayıram. Baxmayaraq ki, ilk
vaxtlar bəzi uğursuzluqlar da ola bilər. Yaxşı, olar ki, ruhdan düşməyərək həmişə olduğu
kimi xeyirxah işi inamla davam etdirəsiniz.
Sizin sadiq nökəriniz A.Bakıxanov.
İki nüsxə göndərin:
birini mənim, o birini isə Əhməd ağanın adına”.
19 iyul 1875-ci il. Q u b a.
1877-ci il iyunun 23-də “Əkinçi” qəzeti birinci səhifəsində belə bir elan dərc etmişdi:
“Cənab şahzadə sərəskər, Qafqazın ixtiyarında hesab olunan general Abdulla ağa
Bakıxanov Bakı quberniyasına gəlib. Quba şəhərində olan zaman Qafqazda zəxmdar (yaralılar -
Ş.N.) olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat
7
siyahı ilə cəm edib, iyun ayının
üçündə qubernatora göndərib. Cənab qubernator isə o məbləği və siyahını cənab sərdarın
övrətinin qofmeysteri Tolstoya göndərib ki, zəxmdar olanlara məsrəf olunsun”.
Bakıxanovlar nəslinin sonuncu generalı Abdulla ağa Bakıxanov ömrünün sonlarını
Tiflisdə yaşamışdır. O, 1878-ci ildə orada da vəfat etmişdir.
Bir nəsildən, bir kökdən qanadlanan üç general oğlumuzun fəaliyyətindən sizə söhbət
açdıq. Doğma Azərbaycanımızda belə adlı-sanlı nəsillər çox olub. Onların
yetirdiyi sərkərdələr
haqqında axtarışlarımızı davam etdiririk. Ümid edirik ki, general oğullarımızın həyatını, döyüş
fəaliyyətini öyrənməkdə siz oxucular da bizə kömək edəcəksiniz.
7
Bu ianə 1877-ci ildə başlayan Rusiya-Türkiyə muharibəsinin Qafqaz cəbhəsində vuruşub yaralanmış
azərbaycanlılardan ibarət suvari dəstənin əsgərlərinə göndərilmişdir. Elandan görünür ki, general Abdulla ağa
qocalığına görə müharibədə iştirak
etməsə də, arxa cəbhədə fəaliətini dayandırmamışdır.