85
alıb sürətlə Lodz şəhəri uğrunda əməliyyata başladı. Güclü təzyiqlə geri çəkilən rus qoşunları
çox ağır vəziyyətə düşmüşdü. Bütün mövqelərdən hücuma keçən almanlar dayanmadan
irəliləyərək geri çəkilən rus qoşunlarının qabağını kəsib onları mühasirəyə almağa çalışırdı.
Mehmandarovun iyirmi birinci piyada diviziyası səksən
birinci Abşeron, səksən ikinci
Dağıstan, səksən üçüncü Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuşdu. Bu
polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı.
Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə düşərək Mehmandarovun
diviziyasının nə vəziyyətdə olduğunu telefonla xəbər aldı. Səməd bəyin telefonda komandirlərə
məxsus mərd, qısa cavabı belə oldu: “Vəziyyət ağırdır. Hücuma keçirəm!”.
İki rus ordusunun geri çəkildiyi belə ağır bir vaxtda Mehmandarovun diviziyası böyük bir
iştahla irəliləyən düşmənə ağır zərbə vurub onu geri oturtdu. Üçgünlük ağır döyüşlərdən sonra
İvanqorod şəhərinin hüdudlarına çatıb ona həmlə etdi. Birinci dünya müharibəsi tarixində
Mehmandarovun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin
sürətli hücum
planlarını puça çıxartdı. Geri çəkilən iki rus ordusunu isə mühasirəyə düşmək rüsvayçılığından
xilas etdi.”
Həmin əməliyyat zamanı general Əliağa Şıxlinski Ali baş komandan tərəfindən səhra
toplarının baş müfəttişi yanında xüsusi tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı:
“O zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının vəziyyətini yoxlamaq və
bu sahədə fəaliyyətə istiqamət vermək üçün qərb cəbhəsinə çağırıldım. Mən yeddi korpusu
gəzdim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandarovun korpusunda ağır topların
vəzifəsi düzgün başa düşülmüş və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş
korpus
top müfəttişinin təşəbbüsü yox, məhz mahir topçu olan Mehmandarovun şəxsi
təşəbbüsünün nəticəsi idi”.
Bu müharibədə misilsiz qələbələrə görə Mehmandarova tam artilleriya generalı rütbəsi
verildi. 1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edildi.
General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi igidliyi və əsgərlərlə xoş
rəftarı haqqında onun müasirləri iftixarla söhbət açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki,
general Mehmandarov birinci dünya müharibəsi zamanı çox böyük şöhrət qazanmışdı.
Vuruşmaların ən qorxulu dəqiqələrində onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus
ordusunda məşhur idi.
O, təbiətən ədalətli, namuslu, düz danışan adamları sevir, onlara kömək göstərir, ürəyi
düz olmayanlara qarşı isə amansız idi. Ona tabe olanların hamısı ondan çəkinər,
lakin onu sevər
və ona inanardılar.
Mehmandarov əsgərlərlə həmişə səmimi rəftar edər və daim onların qayğısına qalardı.
“Mehmandarov nadir artilleriyaçıdır”. Bu sözləri Qırmızı bayraqlı Qafqaz Ordusunun
komandanı İ.E.Yakir 1925-ci ildə “Birləşmiş Azərbaycan hərbi məktəbi”ndə müəllim işləyərkən
generalın şəxsi işinə öz əlilə yazıb. İnqilab illərində Mehmandarovun həyatı çox təlatümlü keçib.
Nə yeni hökumət, nə də onun adamları ona inanmırdılar. Hər yerdə “çar generalı” kəlmələri
sərt şillə kimi onun və silahdaşlarının üzünə çırpılırdı. Həmin o narahat illərdən Səməd bəy
Mehmandarovun öz əlilə doldurduğu iki vərəq kağız qalıb. Onu ilk dəfə 1988-ci il fevralın on
səkkizində “Molodyoj Azerbaydjana” qəzetində dərc etdirən jurnalist N. Davıdov olub. Onu
kiçik ixtisarla sizə təqdim edirəm.
Dostları ilə paylaş: