253
Pedaqogika, Fəlsəfə, Psixologiya
əxlaq tərbiyəsində və davranış normalarının formalaşmasın-
da ailənin mükəmməl mənəvi məzmunu, yüksək etik mahiyyəti
mühüm əhəmiyyət daşıyır. Qədim yazılı abidələr türk xalqları-
nın məişətində və ictimai həyatında ailənin xüsusi mövqeyini
üzə çıxarır. Ailə daxilində ata, ana, qardaş, əmi, həyat yoldaşı
olan şəxslər hörmətlə dəyərləndirilir, mənəvi bağlılıq, qiymət və
məhəbbət ailə üzvlərinin dövlətin əsas sütunları kimi qabardıl-
ması diqqəti cəlb edir. Məsələn, «ulu atam-babam», «xan atam»,
«Humay kimi qadın anam», «xan əmim», «xatun ana» və s.
ifadələrə rast gəlinir. Hörmətlə anılan ailə üzvləri türklər arasın-
da Tanrı bəxşişi kimi qiymətə malik idi. Kül-Tiginin şərəfinə ya-
zılmış abidədə oxuyuruq: «Türk xalqının adı, şərəfi yox olmasın
deyə tanrı xan atamı, xatun anamı ucaltdı. El bəxş edən tanrı türk
xalqının adı, şərəfi yox (olmasın deyə həmin tanrı özümü) xan
etdi» (1; 235), və yaxud, «Ata-babamıza məxsus olan vətənimiz
sahibsiz qalmasın deyə bir az xalqı təşkil edib, qaydaya salıb.
Bars bəyə burada xan rütbəsini biz verdik, kiçik bacımızı ona xa-
nımlığa verdik». (1; 235)
Mənbələrdə ailədaxili hörmət siyasi məqsədlərdən də irəlidir.
Burada hakimiyyətə birbaşa varis olanların öz böyüklərinə
səmimiliklə etimadı və itaəti gözəl insani sifətlər kimi üzə çıxır.
Məsələn, Bilgə xaqan özü hakimiyyətə birbaşa varis olmasına
baxmayaraq əvvəl əmisini taxta çıxarır və onun hakimiyyəti al-
tında canla-başla çalışır: «Əmim xan olduqda (mən) özüm tarduş
xalqı üzərində şad idim. Xan əmimlə birlikdə doğuda (şərqdə)
Yaşıl çaya, Şantun çölünədək qoşun çəkdik, batıda (qərbdə)
Dəmir Qapıyadək qoşun çəkdik, Kögmən yurdunu keçərək Qır-
ğız ölkəsinədək qoşun çəkdik.» (1; 235), və ya: «(Ey) müqəddəs
Ötükən meşəli dağının (camaatı), gah doğuya (şərqə) tərəf
gedənlərdən oldun, gah batıya (qərbə) tərəf gedənlərdən oldun.
Getdiyin yerlərdə (qazandığın) yaxşı (şey) bu oldu, qanın su kimi
axdı, sümüklərin dağ kimi yığıldı, əyilməz kişiliyin, nəslin qul