DƏDƏ QORQUD ARAŞDIRMALARI müqəddəs hədiyyə ana torpaqdır. Milli ləyaqət torpağın qorun-
masıdır. Vicdan milli ləyaqətin mühüm amilidir… Milli ləyaqət–
xeyirxahlıq, qayğıkeşlik, vicdanlılıq tələb edir» (7; 235). Orxon-
Yenisey abidələrində milli ləyaqət hissinin tərbiyəsi davranış
tərbiyəsinin əsas xarakterini müəyyən edən pedaqoji mahiyyətli
aspektlərdəndir.
b) türk xalqları və qonşu xalqların münasibətlərindəki siya-
si qarşıdurmalar müdrik türk biliciləri, xan və bəyləri tərəfindən
dərindən öyrənilməsinə diqqəti cəlb edir. Abidələrdə bu siya-
si münasibətlər peşəkar davranış normaları ilə dəyərləndirilir.
Məsələn, Tonyukukun şərəfinə yazılmış abidədə türk dövlətinin
yaranma tarixindən ətraflı söhbət açılır, daxili və xarici təhlükələr
açıqlanır. Bu zaman Tonyukukun, İltəris xanın müdrik davranış-
ları dövlətin möhkəmlənməsi, qüvvətlənməsi və genişlənməsinin
əsas amillərindən olaraq üzə çıxır. Tonyukuk yazır: «Türk xalqı
öz xanı olmadığı halda Tabğac (elindən) ayrıldı, xanlığa çevril-
di. Xanını qoyub yenə Tabğac (elinə) tabe oldu. Tanrı belə demiş
imiş: (sənə) xan verdim, (xanını) qoyub (başqasına) tabe oldun.
Tabe olduğun üçün tanrı (səni) ölümcül hala salmış. Türk xal-
qı öldü, zəiflədi, yox oldu. Türk xalqının ölkəsində (xanlıq) taxtı
qalmadı. Meşədə, bayırda (azadlıqda) qalanlar toplaşıb yeddi yüz
oldular». (1; 249) Burada açıq tənbeh, məzəmmət ifadə olunur.
Məlumdur ki, «cəzanın müxtəlif növləri var: danlaq, məzəmmət,
hərbə-zorba (yaxud hədə-qorxu) gəlmək, həcv etmək, uşa-
ğı müəyyən müddət danışdırmamaq, onu vəd edilmiş yaxşı bir
şeydən məhrum etmək, lənətləmək, cırnatmaq, vərəsəlikdən
məhrum etmək, ac saxlamaq, «evdən qovmaq», döyməklə qor-
xuzmaq və s.» (5; 107).
Pedaqogikanın təsir və təbliğ üsullarından, tərbiyə işində mü-
hüm rol oynayan cəza, töhmət üsulu bu abidələrdə xüsusi tarixi
pafosla diqqəti cəlb edir və mühüm tarixi inkişaf mahiyyətli təsir
vasitəsi olaraq özünün təsdiqi ilə müşahidə olunur.