Tədqiqatın birinci istiqaməti Orxon-Yenisey yazı-
lı abidələrində özünə yer almış rəsmi siyasi davranış tərzinin
tərbiyəsi ilə bağlı problemləri əks etdirir və onunla əlaqədar
çoxçeşidli məqamları ilə maraq doğurur. Burada qabarıq şəkildə
əksini tapan aşağıdakı davranış normalarını müşahidə etmək olar:
I. Yazılı türk abidələrində türk eli və onun bütövlüyü prob-
lemi xüsusi şəkildə vurğulanır, bu məsələdə xaqanın və ya igid
bəylərin davranışındakı bu və ya digər özəl cəhətlər tarixi və icti-
mai zərurət halı olaraq əsaslandırılır.
Tərbiyə metodları arasında xüsusi yer tutan əqidəlilik, ide-
allaşdırma və inandırma məsələləri elmi-pedaqoji ədəbiyyatda
şəxsiyyətin formalaşmasında önə çıxarılan mühüm vasitələrdir:
«Əqidəlilik şəxsiyyətin ictimai-siyasi maraq və konsepsiyasının,
mənəvi-iradi keyfiyyətlərinin (fəallıq, müstəqillik, qətiyyətlilik,
prinsipiallıq və s.) və biliklərdən təcrübədə istifadə etmək, hər
hansı bir situasiya zamanı öz baxış və mövqeyini qoruya bilmək
qabiliyyətinin olması deməkdir. Belə bir şəxsiyyətin formalaşdı-
rılması üçün inandırmanın müxtəlif vasitələrindən istifadə edilir.
Siyasi məlumatlar geniş yayılmış vasitələrdən biridir» (7; 191).
Kül-tiginin şərəfinə yazılmış abidədə türk elinin əmin-