DƏDƏ QORQUD ARAŞDIRMALARI – Göytürklərin başçıları bilici xan olmuş, igid xan olmuş, buyruq-
çuları da bilici olmuş, şücaətli olmuş, bəyləri də, xalqları da düz
(ilqarlı) olmuş, ona görə el birliyini beləcə qoruyub saxlamış, eli
əldə saxlayıb qanun-qayda yaratmışlar». (1; 223)
Beləliklə, Göytürk dövlətinin möhkəmlənməsində xanların
və bəylərin bilici, tədbirli olmasının vacib şərt kimi vurğulanma-
sının şahidi oluruq. Bundan əlavə elin birliyinə inam, dövlət quru-
culuğu ilə bağlı məsələlər içərisində xalqa, torpağa məhəbbət və
bu məhəbbətin dəfələrlə vurğulanması ictimai davranış norması
halında mənəvi tərbiyə üsulu kimi üzə çıxır. Qədim türk yazılı
mənbələrində dəfələrlə rastımıza çıxan «müqəddəs vətən» ifadəsi
altında türk xalqlarının dövlətçilik siyasətində vətənpərvərlik
tərbiyəsinin özünə sabit bir mövqe aldığını müşahidə etmək müm-
kündür. Məsələn: «Yuxarıda türk tanrısı, müqəddəs türk vətəni
belə demiş: Türk xalqı yox olmasın deyə, (özü azad) xalq olsun
deyə atam İltəris xanı, anam İlbilgə xatunu tanrı yuxarıdan idarə
edərək yüksəltmiş». (1; 234) Və yaxud Yenisey abidələrindən
oxuyuruq: «Adım-El Doğan tutuk. Mən müqəddəs elimə elçi
idim, altı qəbiləli xalqın bəyi idim» (2; 217); «Müqəddəs elimdən
Ulun-Şada qəhrəmanımdan ayrıldım» (2; 243); «Tanrı, Umay,
müqəddəs Vətən bizə qələbə bəxş etdilər. Biz nə üçün də qaç-
malıyıq. Nə üçün onlar çoxdur, biz azıq – deyə qorxmalıyıq» (1;
252).
Məşhur pedaqoqlardan olan A.Həsənov, Ə.Ağayev əxlaq
tərbiyəsi məsələlərinə toxunduqda vətənə layiqli vətəndaş tərbiyə
etməyi tərbiyənin bir növünün başlıca komponenti hesab edir
və vətənə məhəbbətin təbliğini əxlaq tərbiyəsinin əsası kimi
qiymətləndirərək onun aşağıdakı komponentlərini diqqət önünə
çəkirlər: vətənpərvərliyin tərbiyəsi, milli iftixar hissinin tərbiyəsi,
humanizmin tərbiyəsi, böyüklərə, ata və analara hörmətin
tərbiyəsi, şərəf və ləyaqətin tərbiyə edilməsi; şüurlu intizamın
tərbiyə edilməsi (8; 58) əxlaq tərbiyəsinin həyata keçirilməsi