Paşa Əfəndiyev, fil. üzrə e. d., prof.
Seyfəddin Rzasoy, fil. üzrə e. d.
Tərlan Novruzov, fil. üzrə e. d., prof.
Zahid Xəlil, fil. üzrə e. d., prof.
Cavad Heyət (İran)
Faiq Çələbiyev, sənətşünaslıq doktoru, prof. (Rusiya)
Fikrət Türkmən, doktor-prof. (Türkiyə)
Osman Sərtqaya, doktor- prof. (Türkiyə)
Pərixanım Soltanqızı, filologiya üzrə fəlsəfə doktoru
Aynurə Əliyeva, elmi işçi
Mehriban Sərdarova, elmi işçi (məsul katib)
Dədə Qorqud araşdırmaları.- Bakı, ADPU-nun nəşriyyatı, 2012. - 310 s.
“Dədə Qorqud Elmi-tədqiqat Mərkəzi”nin yeni dərgisinin ilk buraxılışında türk
mədəniyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə həsr olunan apaşdırmalar top-
lanmışdır.
© Dədə Qorqud araşdırmaları - 2012
3
Redaktordan
«Dədə Qorqud» kitabı Azərbaycan
türklərinin dünya mədəniyyəti xəzinəsinə
bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir.
Heç bir xalqda analoqu tapılmayan elə bir
ədəbi sənət nümunəsidir ki, onda xalqımızın
ilkin dünyagörüşündən başlamış orta çağla-
rın tarixi hadisələrinə qədər əksər sosial ins-
titutların izləri əks olunur. İlk növbədə Qaf-
qaz türkünün milli xarakteri, psixologiyası,
əski adət-ənənələri, dini, fəlsəfi görüşləri,
əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq
salnaməsi, ailə münasibətləri (ər-arvad, ata-
oğul), Vətənə, torpağa bağlılığı, qonşularla
münasibətləri, ritualları, məişəti və yaşayış
tərzinin əksər atributları, daxili və xarici
düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə
və yaş dövrlərinə məxsus insanlarının dav-
ranışı, şifahi və yazılı dilinin tarixi özünə
yer tapır. Epos dünya xalqlarının yaratdığı
epik əsərlərdən həm strukturuna, həm də
məzmununa görə əsaslı şəkildə fərqlənir. Elə
bir dastan göstərmək olmaz ki, orada «Dədə
Qorqud»da olduğu qədər bir-birindən
seçilən xarakterlər iştirak etsin, hadisələr
xalq məişətinə yaxın olsun, gerçəkliklə yoğ-
rulsun. Dastanda mifoloji qatların çoxluğu-
na baxmayaraq hadisələr reallığını itirmir.
Dünya ədəbiyyatı xəzinəsində nə «Dədə
Qorqud»adək, nə də ondan sonra sistemi,
|