Folklor, Mifologiya, Etnoqrafiya Əsatirə əsasən, bölünmüş yayın hissələri bir-birinə
birləşməklə sehirli gücünü əldə edir və oxların sərrast atılması-
na şərait yaranır. Bu mənada bozoxlar hakimiyyət strukturun-
da üçoxlardan üstün göstərilir. Ümumilikdə götürdükdə bu ona
işarədir ki, qardaşlar heç zaman bir-birindən ayrı düşməməli, par-
çalanmamalıdırlar. Əks halda güclərini itirib düşmən tərəfindən
yeniləcəklər (Sxemə bax). Kişi başlanğıc ↔ qadın başlanğıc və əlaqə → törəyiş → hədiyyə → əməl → qazanc ↔ birlik OĞUZ XAN
GÖY
QADINI
Gün,
Ay,
Ulduz
Qızıl yay Bolün-
məzlik
Hakimiy-
yət və
dövlət
QALIN
OĞUZ
ELİ
OĞUZ XAN
YER
QADINI
Göy,
Dağ,
Dəniz
Üç qızıl
ox
Ayrıl-
mazlıq
Müdrik-
lik və
sərkərdəlik
QALIN
OĞUZ
ELİ
Eposda türkün ilkin kosmoloji bölgüsünün yerdəyişmə
şəklində təqdimi tarixi gerçəkliklə üst-üstə düşür. Çünki
Azərbaycan türklərinin etnik tərkibində üçoxlar (bayandır, ba-
yat, salur və s.) üstünlük təşkil etdiyindən idarəçiliyi öz əllərində
cəmləşdirmiş (məsələn, məşhur Ağqoyunlu hökmdarı Uzun Həsən
Bayandır soyundan idi), şifahi və yazılı oğuznamələrdə dəyişiklik
etməklə ilkin kosmoloji dünya modelini oğuzların Qafqazdakı və
Yaxın Şərqdəki durumuna uyğunlaşdırmışdılar. Bu hal getdikcə
«Dədə Qorqud»da mətn strukturunun daxili qanunauyğunluğuna
çevrilib boyları digər oğuznamələrdən əsaslı şəkildə ayırmışdır.
Hiss olunur ki, Bayandır xan oğuzun iki qolu arasındakı
fərqlərdən doğa biləcək ölkədaxili çəkişmələrin aradan qaldırıl-
masında Dədə Qorqud, Qazlıq Qoca kimi bilicilərin köməyinə ar-