Redaktordan Mərkəz müvafiq olaraq üç bölməyə ayrılır. “Onamastika, di- alektologiya, etimalogiya” bölməsinə uzun illər AMEA-nın müx- bir üzvi, prof. A.Qurbanov rəhbərlik etmişdir. Hazırda bölmədə dörd elmi işçi (A.Əliyeva, B.Məmmədov, M.Seyidov, Ə.Cəfərov) və iki böyük laborant (G.Balayeva, M.Əliyeva) çalışırlar. 1990- cı ildə R.Qafarlının rəhbərliyi ilə yaradılmış “Folklorşünaslıq” problem laboratoriyasının bazası əsasında 1997-ci ildə “Folk- lor, etnoqrafiya, mifologiya” bölməsi təşkil edildi. Bölməyə əvvəl prof. M.Həkimov, sonra isə prof. P.Əfəndiyev rəhbərlik et- mişdir. Bölmədə iki böyük elmi işçi (P.Hüseynova, X.Əliyeva), iki kiçik elmi işçi (Ş.Allahverdiyeva, S.Babayeva), bir bö- yük laborant (Ü.İsmayılova) işləyir. Pedaqogika, psixologi- ya, fəlsəfə” bölməsinə son illərədək prof. F.Rüstəmov rəhbərlik etmişdir. Bölmədə bir baş elmi işçi (Oqtay Pza), üç kiçik elmi işçi (T.Əsgərova, M.Sərdarova, S.Məmmədova), beş böyük labo- rant (S.Muradova, N.İsmayılova, N.Qurbanova M.Abdullayeva, G.Mehdizadə) fəaliyyət göstərirlər. Son iki ildə bölmə əməkdaşları “Dədə Qorqud” dastanında tərbiyə məsələlərini araşdırırlar. Mərkəzin əməkdaşları ümumilikdə 400 ç/v həcmində elmi- tədqiqat işi yazmış, 40 adda kitab, kitabça, metodik göstəriş, məqalə və tezis çap etdirmişdir. “Dədə Qorqud” elmi-tədqiqat mərkəzinin təşəbbüsü ilə 2001-ci ildə I Türkoloji qurultayın 75 illik yubileyi Respublika səviyyəsində keçirilmişdir. Mərkəzin əməkdaşları beynəlxalq elmi konfranslarda məruzələr oxumuş, onların məqalələri respublika- mızda və xarici ölkələrdəki elmi dərgilərdə dərc olunmuşdur.